Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə8/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   4   5   6   7   8   9   10   11   ...   94
Informatika-Muhazireler-2

C Ə M İ :
45


7
ƏDƏBİYYAT
1. Kərimov S., Həbibullayev B., İbrahimzadə T. İnformatika (Dərs vəsaiti). Bakı, 2002.
2. Əliyev R.Ə., Salahlı M.Ə. İnformatika və hesablama texnikasının əsasları. Bakı, Maarif,
2004.
3. Abbasov Ə.M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika və
kompüterləşmənin əsasları. “MSV NƏŞR”, Bakı, 2006.
4. Quliyev V. Verilənlər bazası, “Elm”, Bakı, 2006.
5. Kərimov S.Q. İnformasiya sistemləri. “Elm” nəşriyyatı, Bakı, 2008
6. Соловьев Г.Н., Никитин В.Д. Операционные системы ЭВМ. Москва, Высшая школа,
1989.
7. Каймин В.А. Информатика. Учебник. Москва, ИНФРА-М, 2000.
8. Информатика. Учебник/ Под ред. Н.В. Макаровой. Моcква, Финансы и статистика,
2000.
9. Фаранов В. В. Turbo Pascal. Начальный курс. Учебное пособие. Издание 7-ое,
переработанное. Москва, Нолидж, 2001.
10. Олифер И. Г., Олифер Н. А. Компьютерные сети. Принципы, технологии,
протоколы. Санкт-Петербург, издательство «Питер», 2001.
11. Иванов М.А. Криптогоафические методы защиты информации в компьютерных
системах и сетях. Москва, 2001.
12. Журин А. А. Cамоучитель работы на компьютере. Москва, «Дельта», 2001.
13. Немнюгин С.А. Turbo Pascal. Практикум. Санкт Петербург, Питер, 2002.
14. Конолли Т., Каролин Б., База данных: проектирование, реализация и
сопроваждение. Теория и практика. «Вильямс», Москва, 2003.
15. Снижко Е. А. Компютерная геометрия и графика. Санкт-Петербург, БГТУ, 2005.


8
MÖVZU 1
Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya
texnologiyaları. Informasiya ölçü vahidləri
Plan:
1. Informatika fənninin predmeti
2. Informasiya nəzəriyyəsi
3. Informasiya texnologiyaları
4. Informasiya ölçü vahidləri
İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı),
ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.
İnformatikanın üç əsas tərkib hissəsi vardır:
1. Texniki təminat – EHM-lar və qurğular (Hard Ware);
İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən
EHM-ları, digər qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.
2. Proqram təminatı- (Soft Ware);
İstifadə edilən qurğuların idarə olunması, əlaqələndirilməsi, informasiya emalı
ilə əlaqədar proseslərin yerinə yetirilməsi və qoyulmuş məsələlərin həlli proqramları
öyrənilir.
3. Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar (Brain Ware).
“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri
tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin
birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetiri-
lən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması
başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə
yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və
avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə
yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl
əməyinin olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya
ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika
dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı
nəzərdə tutulur.
İnformasiya termini latınca “information” sözündən götürülmüş və obyekt,
hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.


9
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin
əksəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi
adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya
təsvir edilmiş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq
edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri
genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür
yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və ya proses
haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya
proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin