Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


TƏLİM METODLARININ VƏ TƏLİMİN TƏŞKİLİ FORMALARININ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə89/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   86   87   88   89   90   91   92   93   94
Informatika-Muhazireler-2

TƏLİM METODLARININ VƏ TƏLİMİN TƏŞKİLİ FORMALARININ
TƏKMİLLƏŞDİRİLMƏSİ
İTM kursunun xarakterik xüsusiyyətləri məşğələlərin təşkili formalarında öz
əksini tapmışdır: izahat və məsələlər həllindən ibarət məşğələlərlə bərabər, mühazirə
şəklində təşkil olunan dərslərdən, seminar məşğələlərindən də istifadə olunur. Əslində
bu, məşğələlərin təşkili formalarının İTM fənninin xüsusiyyətlərini nəzərə almaqla
tətbiq edilməsi probleminin daha dəqiq metodik sisteminin işlənməsi zərurətini əks
etdirir.
İnformatika təliminin metod və formalarının təkmilləşdirilməsi haqqında
danışarkən, biz ilk növbədə kursun məzmununun nəzəri və praktik aspektləri


 195
arasındakı fərqin aradan qaldırılması vəzifəsini göstərməliyik. Məktəblər daha
müasir və asan istismar olunan hesablama texnikası ilə təchiz edildikcə xüsusi praktik
məşğələlərin təşkili problemi aradan qalxacaqdır. Amma eyni zamanda bu, məşğələ-
lərin aparılması üçün yeni, hər bir informatika dərsində EHM-dən sistemli istifadəyə
əsaslanan metodika yaranmasını tələb edir.
Məşğələlərin təşkili formasının seçilməsi də mühüm problemlər sırasına aid
edilməlidir. İnformasiya "industriyasında" məşğul olan adamların fəaliyyət xarak-
terinin təhlili göstərir ki, burada əsas aparıcı forma kollektiv fəaliyyət formasıdır.
Məktəb məzunu bilik və bacarıqlarla təmin edilməklə bərabər, onlara həm də
kollektiv iş vərdişləri aşılanmalıdır. Buna görə də şagirdlərlə seminarlar, tədris diskus-
siyaları, tədris materialının kollektiv paylanması kimi iş formalarını geniş tətbiq etmək
lazımdır. Təcrübə göstərir ki, fənnlərin tədrisində bu formalardan istifadə proqram
materialının daha yaxşı mənimsənilməsini təmin etməklə bərabər, şagirdlərdə
müstəqillik, fəallıq və özünənəzarət kimi zəruri keyfiyyətlər inkişaf etdirir.
İTM 
ÜZRƏ 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin