Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


ŞAGİRDLƏRİN BİLİK VƏ BACARIQLARININ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə90/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   86   87   88   89   90   91   92   93   94
Informatika-Muhazireler-2

ŞAGİRDLƏRİN BİLİK VƏ BACARIQLARININ
YOXLANMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Bütün tədris fənnlərində olduğu kimi, İTM fənni üzrə də tədris prosesinin
səmərəliliyini artırmaq üçün əsas istiqamətlərdin biri bu fənnin təlimi zamanı şagird-
lərin əldə etdikləri bilik və bacarıqların yoxlanması və qiymətləndirilməsidir.
Müəllimin bilikləri yoxlama-qiymətləndirmə fəaliyyəti onun bütün pedaqoci işinin
ayrılmaz hissəsi və təlim keyfiyyətinin artırılması üçün mühüm amildir.
NƏZARƏT VƏ QİYMƏTLƏNDİRMƏNİN ÜMUMİ MƏSƏLƏLƏRİ VƏ
ƏSAS FUNKSİYALARI
Şagirdlərin biliyinin yoxlanması və qiymətləndirilməsi üçün normativ sənəd
İTM kursunun proqramı, xüsusilə bu proqramın "Şagirdlərin bilik və bacarıqlarına
verilən tələblər" bölməsidir. Şagirdlərin biliyinin yoxlanması və qiymətləndirilməsi
prosesinin ümumdidaktik tələblərə cavab verməsi, uçot, nəzarət-təkmilləşdirmə, öyrə-
dici və tərbiyəvi vəzifələri yerinə yetirməsi mühüm əhəmiyyət kəsb edir.


 196
Nəzarətin uçot (hesabat) funksiyası təlim nəticələrinin sistemli qeyd
olunmasında özünü göstərir. Bu isə təlimdə hər bir şagirdin müvəffəqiyyəti, onun
nailiyyətləri və biliyindəki çatışmazlıqlar barədə müəllimin aydın təsəvvürə malik
olmasına imkan verir.
Nəzarət-təkmilləşdirmə funksiyası "şagird-müəllim" əks-əlaqəsini təmin
edir. Bu əks-əlaqə şagirdlərin biliklərindəki çatışmazlıqlarla və sinfin hazırlıq səviy-
yəsi ilə əlaqədar olaraq, müəllimin öz təlim metodikasını təkmilləşdirməsinə, konkret
mövzular üçün ayrılan vaxtı dəqiqləşdirməsinə imkan verir. Nəzarətin bu funksiyası,
xüsusilə indi – fənnin özü və onun təlim metodikası yeni-yeni formalaşdırılan dövr
üçün daha mühüm əhəmiyyət kəsb edir.
Nəzarətin öyrədici funksiyası isə şagirdlərin bilik, bacarıq və vərdişlərinin
yoxlanması prosesində sinfin diqqətini kursun başlıca məsələlərinə, onun mühüm
dünyagörüşü ideyalarına cəlb etməyə, tipik səhvləri göstərməyə xidmət edir. Bu isə
şagirdlərin biliklərinin dəqiqləşdirilməsinə şərait yaradır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin