66
Bir çox hallarda proqram tərtibi zamanı proqram daxilində heç bir şərt
qoyulmadan keçidin yerinə yetirilməsi tələb olunur.
Belə halda şərtsiz keçid
operatorundan istifadə edilir. Şərtsiz keçid operatorunun ümumu şəkli aşağıdakı
kimidir:
GOTO nişan;
Burada nişan ixtiyari identifikator olub proqramın operator və ya bir neçə
operatorunu adlandırmaq, daha döğrusu göstərmək üçün istifadə edilir. Nişan metka
kimi də adlandırılır. Proqramda istifadə olunan nişanlar (metkalar) proqramın
əvvəlində elan hissəsində göstərilməlidirlər. Nişanlar (metkalar) aşağıdakı kimi elan
edilir:
LABEL nişan1, nişan2,..., nişanN;
Proqramda şərtsiz keçid operatoruna yerinə yetirmə çatan kimi idarəetmə GOTO
operatorundan sonra göstərilən nişan olan proqram sətrinəin ardınca gələn operatorlara
verilir. Nişandan sonra “
:” qoyulur. Məsələn:
PROQRAM KECİD;
USES CRT;
LABEL M1;
......................................
BEGİN
................................
GOTO M1;
................................
M1: READLN (x);
.........................
END.
Burada yerinə yetirilmə
M1 nişanı olan sətirdəki
READLN (x) operatoruna verilir.
Proqram tərtibində bəzən mümkün bir neçə imkanlardan birini seçməklə
proqramın davam etdirilməsi lazım olur. Belə halda
seçmə operatorundan istifadə
etmək mümkündür. Seçmə operatorunun ümumi görünüşü aşaqıdakı kimidir:
CASE seçmə açarı OF seçmə siyahısı ELSE operator END;
Burada:
CASE, OF, ELSE, END (seçmə,- dən(-dan), əks halda, son) dilin
ehtiyat
açar sözləri olub operatoru təşkil edir;
Seçmə açarı- nizami tipli ifadədir;
Seçmə siyahısı- bir və ya bir neçə
seçmə sabiti: operator şəkilli yazılışlardır;
seçmə sabiti- seçmə açarı ilə eyni tipli sabitdir:
operator- hər iki halda Turbo Paskalın operatorlarıdır.
67
Operatorun işləmə alqoritmi belədir: siyahıdan
seçmə açarına uyğun
seçmə
sabiti axtarılıb tapılır
və ona uyğun operator yerinə yetirilir. Əgər uyğun
seçmə sabiti
tapılmazsa yerinə yetirilmə
ELSE-dən sonrakı
operatora verilir. Nümunə üçün
aşağıdakı proqramı verək:
Proqram SECOND;
USES CRT;
VAR
OP: CHAR; (* dayishanlar*)
X, Y, Z: REAL;
DAYAN: BOOLEAN;
BEGİN
(*Proqramin asas hissasi*)
DAYAN:= FALSE;
WRITELEN; (*Bosh satir*)
WRITE (‘(x,y)=’);
READLN (x,y);
WRITE (‘Op:’);
READLN ( OP);
CASE OP OF
‘+’:Z:=X+Y;
‘-‘: Z:=X-Y;
‘*’: Z:=X*Y;
‘/’: Z:=X-Y;
ELSE
DAYAN:=TRUE;
END;
IF not DAYAN THEN WRITELN (‘ NATICA= ‘ Z:8:2);
END.
Dostları ilə paylaş: