Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə40/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   36   37   38   39   40   41   42   43   ...   94
Informatika-Muhazireler-2

Massivlər: Turbo Paskal dilində istifadə olunan massivlər riyaziyyatdakı
matrislər ardıcıllıqlar eləcə də cəbri vektorlarla eynidir. Massivlərin fərqləndirici
xüsusiyyəti onun elementlərinin eyni tipli olmasıdır. Digər tərəfdən isə massivin
elementləri adətən kəmiyyət göstəricilərindən ibarət olurlar.
Massivləri elan etmək məqsədilə aşaşıdakı ümumi formadan istifadə olunur:
Tipin adı = ARRAY [massivin olçü göstəriciləri] OF tip;
Burada, tipin adı- massivə verilən addır, massivin ölçü göstəriciləri-massivin
elementlərinin sayını, sətir və sütunlarının sayını göstərən göstəricilərdir, tip-massiv
element-lərinin tipidir və Turbo Paskal dilinin LONGİNT tipindən başqa istənilən tipi
ola bilər. Adətən məsələlərin həllində ən çox rast gəlinən massivlər birölçülü və
ikiölçülü massivlərdir. Başqa sözlə daha çox ardıcıllıq və ya matrislərdən istifadə
olunur. Əgər A= ARRAY [1..14] of real; verilibsə, bu o deməkdir ki, massivin adı A-
dır, onun 14 elementi var və elementlər həqiqi tipli ədədlərdir. Bu massivin
elementləri yaddaşda ardıcıl yerləşir və müraciət vaxtı ünvana uyğun olaraq çağrılır.
Elementlərə qiymət aşağıdakı kimi mənimsədilir: A[1]:=1.2; A[2]:=76.9
və sair.
Əgər massiv iki ölçülüdürsə, onda o, aşağıdakı kimi göstəriləcək:
B= ARRAY [1..3,1..5] OF INTEGER;
Burada B-massivin adıdır, onun 3 sətri, 5 sütunu var və elementləri tam
tiplidirlər.Bu şəkildə massivin elementləri aşağıdakı kimi mənimsədilir: B[1,2]:=2;
B[3,4]:=24;
Bu o deməkdir ki. B ikiölçülü massivinin 1-ci sətrinin 2-ci sütununun elementi 2;
3-cü sətirinin 4-cü sütununun elementi isə 24-ə bərabərdir.


 74
Nümunə1. a
1
, a
2
, ..., a
10
ardıcıllığının elementləri içərisində 10-dan kiçik
olanların cəmini tapan proqramı qurun.
PROGRAM ARDICILLIQ;
USES CRT;
VAR A:ARRAY [1..10] OF REAL;
I:INTEGER; S:REAL;
BEGIN
FOR I:=1 TO 10 DO READLN(A[I]);
FOR I:=1 TO 10 DO WRITE(‘ ‘,A[I]:3:2); WRITELN;
S:=0;
FOR I:=1 TO 10 DO IF A[I]<10 THEN S:=S+A[I];
WRITELN(‘S=’,S:6:2); END.
Nümunə2. B(4,4) massivinin 3-cü sətrinin elementlərinin 10-larla əvəz etməklə
yeni C(4,4) massivini alan proqramı qurun.
PROGRAM MASSIV;
USES CRT;
VAR B,C:ARRAY[1..4,1..4] OF REAL; I,J:INTEGER;
BEGIN
FOR I:=1 TO 4 DO BEGIN FOR J:=1 TO 4 DO READLN(B[I,J]); END;
CLRSCR;
WRITELN(‘ B MASSIVI:’); WRITELN;
FOR I:=1 TO 4 DO BEGIN
FOR J:=1 TO 4 DO WRITE(‘ ‘,B[I,J]:3:2); WRITELN; END;
WRITELN; RITELN(‘ C MASSIVI:’); WRITELN;
FOR I:=1 TO 4 DO BEGIN

FOR J:=1 TO 4 DO BEGIN IF I:=3 THEN C[I,J]:=10 ELSE
C[I,J]:=B[I,J];
WRITE(‘ ‘,C[I,J]:3:2]); END; WRITELN; END; END.


 75

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin