125
- Cədvəl - verilənlər bazasının əsas obyektidir.
Bu obyektdə məlumatlar
saxlanılır;
- Sorğu - bu obyekt xüsusi quruluşa malik olub, verilənlər bazasını işləmək üçün
istifadə olunur. Sorğuların köməyi ilə verilənlər nizamlanır, süzgəcdən kecirilir,
seçilir,
dəyişdirilir, birləşdirilir;
- Forma - bu obyektin köməyi ilə bazaya yeni verilənlər daxil edilir və ya
mövcud olan verilənlərə baxılır;
- Hesabat - onun köməyi ilə verilənlər əlverişli şəkildə çap edilir;
- Səhifə- bazanın Web-səhifə üçün təşkilini təmin edir:
- Makros - bu obyekt makro əmrdir. Əgər verilənlərlə hər hansı bir əməliyyat
tez-tez təkrarlanırsa, bir neçə əmri bir makrosda qruplaşdırmaq əlverişlidir
və bunun
üçün ayrılmış düymələr kombinasiyasından istifadə edilir;
- Modul - bu Vizual Basic alqoritmik dilində yazılmış proqram prosedurdur.
Əgər Access-in standart vasitələri sifarişçinin verilənlər bazasını yaratmaq üçün
kifayət etmirsə, onda proqram sistemin imkanlarını genişləndirməklə, yeni modul
yaradır.
Təşkilat nöqteyi-nəzərdən verilənlər bazasında
işləmək üçün iki müxtəlif
rejimdən istifadə edilir:
- layihə;
- istismar (istifadəçi).
Bazanı yaradan bazada yeni obyektlər ( məsələn cədvəllər) yaradır, onların
quruluşunu verir, sahələrin xassələrini dəyişir və onlar arasında əlaqə yarada bilir.
Baza istifadəçiləri isə formaların köməyi ilə bazaya informasiya daxil edir,
sorğuların köməyi ilə həmin verilənlərı işləyir və nəticələri hesabat şəklində verir.
Dostları ilə paylaş: