- Arxivin bərpası (Востановить архив).
Xarab olmuş RAR və ZIP tipli arxivləri bərpa edir, açılmış pəncərədə bərpanı
təsdiq etdikdən sonra arxiv bərpa olunur və bu haqqda hesabat pəncərəsi ekranda əks
olunur.
- Sıxılma dərəcəsinin qiymətləndirilməsi (Оценить степень сжатия). Qeyd
olunmuş fayl və qovluqların müəyyən format əsasında sıxılma dərəcəsini və vaxtını
təyin edir.
- Qeyd olunmuş arxivlərdən azad etmək (Извлечь из выделенных архивов).
Bu əmr qeyd olunmuş arxivlərin açılmasını təmin edir. Əmr yerinə yetirildikdə açılmış
pəncərədə arxivdəki fayllar üçün yol, yeniləşmə, yenidən yazma parametrlərini müəy-
yən etmək lazımdır.
- Qeyd olunmuş arxivləri testdən keçirmək (Протестировать выделенные
архивы). Bu əmr qeyd olunmuş arxivləri idarə rejiminə daxil olmadan testdən keçir-
məyə imkan verir. Nəticə, test qurtardıqdan sonra ekranda əks olunur.
- Fayla baxma (Просмотреть файл). Bu əmr faylı həm də arxivi idarə
rejimində yerinə yetirilir və qeyd olunmuş fayl və arxivə baxışı təmin edir.
- Faylları ləğv etmək (Удалить файлы). Bu əmr də hər 2 rejimdə yerinə
yetirilir və qeyd olunmuş faylı ləğv edir.
- Arxivdən faylları azad etmək (Извлечь файлы из архива). Əmr arxivləri
idarə rejimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylları və qovluqları arxiv-
dən azad edir.
- Arxivdən digər qovluğa azad etmək (Извлечь в другую папку). Bu əmr də
arxivləri idarə rejimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylların və qovluqların
arxivdən azad olunmasını təmin edir. Əvvəlki rejimdən fərqli olaraq əmr yerinə yetiril-
dikdə açılan pəncərədə arxivdən azad olunmuş fayl və qovluğun yolunu və arxivdən azad
etmə parametrləri müəyyən olunur.
- Arxivdə faylları testdən keçirmək (Протестировать файлы в архиве). Bu əmr
arxivi idarə rejimində yerinə yetirilir və arxivdəki qeyd olunmuş faylları testdən
keçirir.
- Arxiv şərhinin əlavə olunması (Добавить архивный комментарий). Əmr
arxivi idarə rejimində yerinə yetirilir və arxivə şərh daxil edilməsini təmin edir. Əmr
yerinə yetirildikdə açılan pəncərədə şərhin mətnini daxil edib OK düyməsini sıxmaq
ləzımdır.
171
- Bərpa üçün informasiyanın əlavə edilməsi (Добавить информацию для
востановления). Bu əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivə bərpa üçün
informasiya daxil edir.
- Arxivdə dəyişikləri qadağa etmək (Заблокировать архив). Bu əmr arxivə
ixtiyari dəyişiklikləri qadağan edir.
- SFX arxivinə çevirmək (Преобразовать архив в SFX). Bu əmr arxivi SFX
arxivinə çevirir.
- Arxiv haqqında informasiya (Информация об архиве). Bu əmri yerinə
yetirdikdə arxiv həqqında informasiya pəncərəsi açılır.
Tarixcə (История) menyusu- Bu menyu tarixcəni təmizləmək (Очистить
историю) üçündür. Əvvəllər yaradılmış arxivlərin tərkibinə baxışı təmin edən arxivlər
siyahısından ibarətdir. Tarixcəni təmizləmək əmri bu siyahını təmizləyir.
Seçilmiş (Избранное) menyusu- Bu menyu qovluqdakı fayl və arxivlərin
siyahısını əks etdirir. Ondan sonra açılmış cari qovluğu və ya arxivi siyahıya daxil
etmək üçün menyunun Seçilmişə əlavə etmək (Добавить в избранное) əmrini yerinə
yetirmək kifayətdir. Seçilmişi nizamlamaq əmri isə siyahıdakı qovluq və ya arxivləri
ləğv və adını redaktə etmək, siyahıya açılmış qovluğu və arxivi əlavə etmək, siyahının
strukturunu dəyişmək imkanı verir. Bunun üçün növbəti pəncərədə müvafiq olaraq
Ləğv etmək (Удалить), Redaktə etmək (правка), Əlavə etmək (Добавить), Yuxarı
(Вверх), Aşağı (Вниз) düymələrindən birini sıxmaq lazımdır.
Parametrlər (Параметры) menyusu- Müəyyən olunma (Установки). Əmri
yerinə yetirdikdə açımış çox bölməli dialoq pəncərəsində proqramın əlavə
parametrlərini, məsələn: arxiv formatını, avtomatik olaraq arxivin yerləşəcəyi qovluğu
müəyyən etmək olar.
Protokola baxış (Просмотр протокола). Bu əmri yerinə yetirdikdə rar.loq protokol
faylı açılır.
Protokolun təmizlənməsi (Очистить протокола). Protokol faylını təmizləyir.
? menyusu- Menyu proqramla işləmək qaydaları və proqram haqqında məlumat
almağa xidmət edir. O aşağıdakı əmrlərdən ibarətdir.
Məzmun (Содержание). Əmr proqramla işləmək qaydalarına mövzular üzrə baxışı
təmin edir.
Proqram haqqında (О программе). Bu əmri yerinə yetirdikdə açılan pəncərədə
proqram haqqında informasiya əks olunur.
|