Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İNFORMATİKA ƏSASLARININ ÜMUMİ ORTA TƏHSİLƏ DAXİL



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə76/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   72   73   74   75   76   77   78   79   ...   94
Informatika-Muhazireler-2

İNFORMATİKA ƏSASLARININ ÜMUMİ ORTA TƏHSİLƏ DAXİL
EDİLMƏSİNİN ZƏRURİLİYİ
Elmi-texniki inqilabın (ETİ-nin) müasir mərhələsi hər şeydən əvvəl insan
fəaliyyətinin bütün sahələrinə elektron hesablama maşınlarının və mikroprosessor
texnikasının tətbiqləri ilə xarakterikdir. İnteqral sxemlərinin və mikroprosessorlar
yaradılmasının yeni texnologiyası EHM-lərin ölçülərini əhəmiyyətli dərəcədə kiçilt-
məyə, qiymətini azaltmağa, istismarını sadələşdirməyə imkan vermiş, bununla da fərdi
EHM-lərin istehsalata, idarəetməyə və gündəlik həyata, məişətə rentabelli tətbiqləri
mümkün olmuşdur.
Bununla əlaqədar olaraq, informatika və hesablama texnikası sahəsində xalq
təsərrüfatı mütəxəssisləri hazırlanmasına tələbat yüksəlmiş, orta məktəb məzunlarının
və eləcə də istehsalatda işləyən gənclərin mikroprosessor texnikası, texnoloci
prosseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə tanış edilməsi zərurətə çevril-
mişdir.


 174
Bununla bərabər, məlumdur ki, orta ümumtəhsil məktəbinin fənnlər siyahısı
(xüsusilə, mövcud təlim sistemində) çox dayanıqlı, ətalətli sistemdir və bir qayda
olaraq dəyişməyə gec-gec məruz qalır. Ənənəvi fənnlərə yeni, hətta kiçik bir
fraqmentin əlavə edilməsi, hər hansı struktur dəyişiklikləri, köhnəliyi aşkar edilən
materialın çıxarılması əvvəllər xeyli uzun vaxt tələb edirdi.
Pedaqogika öyrədir ki, tədris fənni uyğun elm sahəsi elementlərinin məktəb
təliminə birbaş daxil edilməsi deyil, həmin sahənin maddi-praktik, sosial və mədəni
fəaliyyət əldə edilməsi üçün zəruri olan müəyyən biliklər, bacarıqlar və vərdişlər
sisteminin didaktik işlənməsinin nəticəsidir. Burada Elmi-texniki inqilabın məktəb
təhsilinə aşkar təsiri də nəzərə alınmalıdır.
İnformatikanın müstəqil elm sahəsi kimi yarandığı tarix ilə yeni tədris fənninin
kütləvi təhsil praktikasına daxil edildiyi tarix arasında heyrətamiz dərəcədə az vaxt
(10–15 il) keçməsi də diqqətəlayiq faktdır.
Yeni tədris fənninin meydana gəlməsi bəşəriyyətin həyatına və madditexniki
istehsal sahələrinə müasir elmi nailiyyətlərin tətbiqlərinin təhsil sistemi qarşısında
qoyduğu sosial vəzifənin əks-sədasıdır. Son onillik ərzində hesablama texnikası
yüksək inkişaf etmiş, hesablama maşınlarının köməyilə informasiyanın işlənməsi
kütləvi industriya fəaliyyəti sahəsinə çevrilmişdir. Ümumi təhsilin məzmununa EHM-
lərin aşkar müdaxiləsi onların funksional imkanları və vəzifələri haqqında əvvəlki
təsəvvürlərin əhəmiyyətli dərəcədə dəyişməsi faktı ilə izah oluna bilər. "Hesablama
maşını" terminin "hesablama" elementi indi artıq EHM-lərin müasir imkanlarını əks
etdirmir. Hesablamışlar ki, müasir kompüterlər öz iş vaxtının 20 faizdən də azını sırf
hesablama işlərinə sərf edir, qalan vaxt ərzində isə istehsalatın, demək olar ki, bütün
sahələrinə müdaxilə edir.
Hamılıqla kompüter savadının təmin olunması zərurətinə cəmiyyətin sosial
"sifariş" tə'cili olaraq yeni ümumtəhsil fənninintəxirəsalınmadan yaradılmasını tələb
etmişdir. Bu fənn Elmi-texniki inqilab nəticəsində məktəbin tədris planına daxil
edilməli olan fənnlərin birincisidir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin