175
İTM kursunun məzmununu şərti olaraq üç hissəyə bölmək olar:
1) informatika təliminin ümumi metodikası (məsələn, informatikanın təlim
metodikasının
öyrənilməsi, tədris-proqram vasitələrinin didaktik xüsusiyyətləri və s.);
2) informatika təliminin xüsusi metodikası (məsələn, məktəb informatika
kursunda alqoritmlərin tədrisinin öyrənilməsi);
3) informatika təliminin konkret metodikası, o cümlədən,
a) ümumi metodikanın ayrı-ayrı məsələləri (məsələn, 9-cu sinifdə informatika
dərslərinin planlaşdırılması);
b) xüsusi metodikanın ayrı-ayrı məsələləri (məsələn, alqoritmlərin
tədrisində
tətbiqi proqramlar paketindən istifadə metodikası).
İTM fənninin məzmununu "İnformatika kursunu necə tədris etməli?" sualının
cavabı təşkil edir.
"İnformatikada nəyi tədris etməli?" sualının cavabı isə məktəb informatika
kursunun məzmununda (proqramlarda və dərs vəsaitlərində) öz əksini tapır.
"İnformatika və hesablama texnikasının əsasları" fənninin tədris olunmasının
əsas məqsədi şagirdləri gələcək praktik fəaliyyətlərində müasir hesablama texnika-
sından istifadə etməyi bacarmağa, onları "Kompüter istifadəçisi" kimi hazırlamağa
yönəlmişdir.
Cəmiyyətin kompüterləşdirilməsinin təhlili, ölkəmizdə və xarici ölkələrdə
kompüterli təlim prosesinin və qabaqcıl pedaqoci təcrübənin
ümumiləşdirilməsi əsa-
sında aşağıdakıları İTM qarşısında duran vəzifələr hesab etmək olar:
1) informatika və hesablama texnikası üzrə ümumtəhsil məktəbinin proqram
və dərsliklərinə daxil edilməli olan tədris materiallarının məzmununu müəyyən etmək;
2) informatika və hesablama texnikası ilə əlaqədar olan əmək təliminin,
fakultativ məşğələlərin, peşə oriyentasiyasının, professional təhsilin
məzmununu
müəyyən etmək;
3) EHM-in məktəb həyatına daxil olması ilə əlaqədar olaraq, fənnlərarası
əlaqənin həyata keçirilməsinin yeni yollarını işləyib hazırlamaq;
4) sosial-iqtisadi imkanlara və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq,
kompüter savadının optimal səviyyəsini müəyyən etmək;
176
5) mikrokompüterlərin öyrənilməsinə əlverişli şərait yaradan cihazlar,
hesablama texnikası (informatika)
kabinetləri yaratmaq;
6) dərslərin, fakultativ məşğələlərin aparılması, eləcə də şagirdlərin
professional hazırlığı üçün mükəmməl proqramlar, dərsliklər, metodik vəsaitlər tərtib
etmək;
7) ümumtəhsil fənnlərinin tədrisində kompüterlərdən istifadə metodikası və bu
məqsədlə EHM üçün tətbiqi proqram paketlərini işləyib hazırlamaq;
8) pedaqoci kadrlar hazırlığını, onların ixtisasının
müntəzəm, sistemli
artırılmasını təmin etmək;
9) məktəbdə təlim-tərbiyə prosesinin idarə olunması üçün elmi əsaslar və
bunlara uyğun tətbiqi proqram paketləri işləmək.
Bu vəzifələrin yerinə yetirilməsinə başlanmış və ilk addımlar atılmışdır.
İTM kursunun öyrənilməsi nəticəsində gələcək müəllim gənc nəslin ümumi
təhsilində
a) "İnformatikanın və hesablama texnikasının əsasları" məktəb fənninin
əhəmiyyətini dərindən başa düşməli;
b) məktəb informatika kursunun məzmununun seçilməsi prinsiplərini izah
etməyi bacarmalı;
c) İTM fənninin əsas metodik forma və priyomlarını mənimsəməli;
ç) bu kursun digər məktəb fənnləri
ilə əlaqəsini başa düşməli;
d) təlimin kompüterləşdirilməsinin həm ümumi, həm də xüsusi problemlərinin
həllində bu fənnin aparıcı rolunu dərk etməlidir.
İnformatika müəllimi
a) lokal şəbəkədə birləşdirilmiş fərdi tədris EHM-ləri ilə təchiz edilən məktəb
informatika kabinetinin funksional vəzifələrini, bu kabinetin təşkili prinsiplərini və
xüsusiyyətlərini bilməli;
b) informatika və hesablama texnikası üzrə məktəb
dərs vəsaitini, bu fənnin
tətbiqi proqram təminatını dərindən öyrənməli;
c) məktəb kompüter sinfi şəraitində iş metodlarını mənimsəməlidir.
İTM kursu gələcək müəllimdən informatikanın tədrisi problemlərinə yaradıcı
yanaşma tərbiyə etməli; onlarda yeni texniki baza üzərində qurulan təlim prosesini
177
müstəqil təhlil etmək bacarığı və vərdəşləri formalaşdırmalı; məktəb təliminin
müasir tədris-metodiki təminatını onların müstəqil işləyib hazırlamaları üçün baza
yaratmalıdır.
Dostları ilə paylaş: