Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


BİLİK VƏ BACARIQLARIN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə93/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   86   87   88   89   90   91   92   93   94
Informatika-Muhazireler-2

BİLİK VƏ BACARIQLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
Şagirdlərin biliyinə 
nəzarətin zəruri elementi onun nəticələrinin
qiymətləndirilməsidir. Qiymətin obyektivliyinin yüksəldilməsinə şərait yaradan əsas
şərt qiymətin verilməsi zamanı qiymətləndirmə meyarının məzmununa əsaslanmaqdan
ibarətdir. Qiymətləndirmə meyarına əsaslanma şagirdlərin biliklərinin qiymətləndiril-
məsində vəhdətə və obyektivliyə nail olmağa xidmət edir.
Biliklərin qiymətləndirilməsində tədris materiallarının mənimsənilməsinin
aşağıdakı keyfiyyət xarakteristikaları nəzərə alınmalıdır:
1) şagirdlərin əldə etdiyi faktik bilik və bacarıqlar;
2) əldə edilən bilik və bacarıqların tamlığı və möhkəmliyi;
3) bilikləri müxtəlif praktik vəziyyətlərə tətbiq etmək bacarığı;
4) terminologiyanın mənimsənilməsi;
5) spesifik işarələmə və yazma üsulları.
Qiymətləndirmənin nəticəsi həm şifahi cavabda və həm də yazılı işdə yol
verilən xətaların olmasından və onların xarakterindən asılıdır. Xətalar səhvlərə,
nöqsanlara və kiçik nöqsanlara bölünə bilər.
Əgər xəta şagirdin əsas bilik və bacarıqları, onların tətbiqlərini
mənimsəmədiyini göstərirsə, bu xəta s ə hv hesab olunur.
Əsas bilik və bacarıqların kifayət qədər möhkəm mənimsənilmədiyini və ya
proqrama uyğun olaraq əsas hesab olunmayan biliklərin olmamasını
göstərən xətalar n ö q - s a n l a r a aid edilir.
Bəzi hallarda yol verilən, başqa hallarda yol verilməyən səhvlər də nöqsan
hesab olunur. Diqqətsizlik və gözdənqaçırma ilə izah olunan xətalar, səliqəsiz yazılış,
alqoritmin səliqəsiz tərtibi də nöqsanlara aid edilir.
Şifahi nitqdə və yazıda cavabın və ya həllin mənasını təhrif etməyən xətalar,
yazıda olan təsadüfi səhvlər və b. k i ç i k n ö q s a n l a r hesab olunur.


 200
Ayrı-ayrı hallarda xətaların səhvlərə, nöqsanlara və ya kiçik nöqsanlara aid
edilməsi təlimin konkret mərhələsində mənimsəməyə verilən tələblərə uyğun olaraq
müəllim tərəfindən təyin edilir.
Məsələn, səhvlərə aşağıdakılar aid edilə bilər: alqoritmik dilin xidmət
sözlərindən düzgün istifadə edilməməsi; arqumentlərin və nəticələrin düzgün göstəril-
məməsi; bir tipə aid olan kəmiyyətə başqa tipli qiymət mənimsədilməsi; alqoritmin
icrası zamanı əmrlərin yerinə yetirilmə ardıcıllığına riayət edilməməsi; köməkçi
alqoritmin çağırılması əmrinin həmin köməkçi alqoritmin təsvirinə (şərhinə) uyğun
olmaması və s.
Nöqsanlara aşağıdakılar nümunə göstərilə bilər: alqoritmik dilin xidmət
sözünün buraxılması və ya düzgün yazılmaması; aralıq kəmiyyətlərdən bəzilərinin
elan olunmaması; mürəkkəb əmrlərdə şərtlərin yoxlanması zamanı təsadüfi hesablama
xətaları; alqoritmin yazılışının səliqəsiz tərtib olunması və s..
Bir neçə dəfə təkrarlanan eyni səhv (nöqsan) bir səhv (nöqsan) hesab olunur.
Yazı işlərindəki pozulmalar, qaralamalar və düzəltmələr şagirdin həll axtarışı üzrə
fəaliyyətini bildirir və səhv hesab olunmamalıdır.
Şifahi sorğu və ya yazı işi üçün cavabın məzmunu suala tam uyğun olduqda,
şagirdin zəruri nəzəri biliklərə və praktik vərdişlərə malik olduğunu göstərdikdə,
həllin gedişi düzgün aparılmaqla son cavab alındıqda, yazı işi səliqəli tərtib olunduqda
tapşırıq qüsursuz yerinə yetirilmiş hesab olunur. Əgər şagird tapşırığı yerinə yetirməyə
heç başlamamışsa və ya onun yerinə yetirilməsi zamanı işin məqsədinə uyğun olaraq
səhv hesab edilən çoxlu xətalara yol vermişsə, tapşırıq yerinə yetirilməmiş hesab
olunur.
Şagirdin bilik və bacarığını beşballıq sistem üzrə qiymətləndirdikdə aşağıdakı
nümunəvi qiymətləndirmə normalarından istifadə etmək olar.
Müsbət qiymət (3, 4, 5) şagird əsas proqram materialını mənimsədiyini
nümayiş etdirdikdə verilir. 5 qiymət qüsursuz cavaba və ya 1–2 kiçik xətalar olduqda
verilir; 4 qiymət 1–2 səhv olduqda yazılır. Qeyri-kafi (1 və 2) qiyməti əsas proqram
materialını mənimsəməyən şagird alır.
Mövzunun mənimsənilməsi üçün qiymət bütün cari qiymətlər əsasında verilsə
də, burada bütöv mövzu üzrə yekun yoxlama işinin və ya zaçot məşğələsində cavabın


 201
qiyməti əsas götürülməlidir. Mövzu üzrə yekun qiyməti mövzu materialının
mənimsənilməsinin faktik səviyyəsini əks etdirməlidir; amma bu qiymət bütün cari
qiymətlərin ədədi ortası kimi götürülməməlidir. Tematik yoxlama işinin və ya zaçot
məşğələsinin nəticəsi cari qiymətləri təsdiq etmədikdə cari qiymətləndirmə zamanı
(məsələn, bilik və bacarıqlarda sonradan aradan qaldırılan çatışmazlıqlara görə) veri-
lən qeyri-kafi qiymətlər nəzərə alınmaya bilər.
İllik qiymət dərs ilinin sonunda şagirdin faktik bilik səviyyəsini əks
etdirməlidir.
Nəzarətin təkmilləşdirlməsində mühüm vəzifələrdən biri şagirdlərin
qiymətləndirmə fəaliyyətinə cəlb olunmasından, dərsdə özünənəzarətin və
özünüqiymətləndirmənin təşkil edilməsindən ibarətdir. Hər bir yoxlamanın gedişində
şagird nəyi öyrəndiyini və nəyi mənimsədiyini bilməklə bərabər, həm də müəllimin
verdiyi qiymətin ədalətli olduğuna inanmalıdır. Bunun üçün ºagirdləri qiymət
meyarları ilə tanış etmək, onlarda tədricən özünün və yoldaşlarının biliklərini
qiymətləndirmək bacarıqlarını inkişaf etdirmək lazımdır. Təlim prosesində müəllim
şagirdə yazdığı qiyməti meyarlar üzrə əsaslandırmalı, ev tapşırıqlarının müstəqil
yerinə yetirilməsinə verilən tələbləri xarakterizə etməli və mühüm əhəmiyyət kəsb
edən əsas momentləri 
göstərməlidir. Biliklərə verilən tələblərin və onların
qiymətləndirilmə meyarlarının izahı şagirdlərdə təlimə şüurlu münasibət tərbiyə edir,
özlərinin tədris hazırlığını dərk etmələrinə və düzgün qiymətləndirmələrinə şərait
yaradır.
Məktəblər hesablama texnikası kabinetləri ilə təchiz edildikcə və məktəb
kompüterlərinin proqram təminatı inkişaf etdirildikcə müəllimin yoxlama-qiymətlən-
dirmə fəaliyyətində EHM köməkçi vasitə kimi daha böyük rol oynayacaqdır. EHM-lər
üçün xüsusi (modelləşdirici, nümayiş və təmrin, şagirdlərin iş nəticələrini avtomatik
qeyd edən) proqramlar biliklərin cari yoxlanmasını yüngülləşdirəcək, hər bir dərsdə
bütün şagirdlərin bacarıq və vərdişlərinə nəzarət etməyə imkan verəcəkdir.
İnformatika dərslərində kompüterlə sistemli iş şagirdlərdə özünənəzarət
vərdişlərinin inkişaf etdirilməsində mühüm amildir. Proqramların təshihində və digər
müxtəlif tapşırıqların yerinə yetirilməsində kompüter şagirdin bütün səhvlərini
avtomatik qeyd edir və bildirir. Bunlar isə şagirdlərdə proqramların və tapşırıqların


 202
səliqəli tərtibi vərdişlərinin inkişafına, buraxılan səhvlərin müstəqil tapılmasına və
onların müstəqil düzəldilməsinə kömək edir, nəticədə şagirdlərin biliklərini
genişləndirir və dərinləşdirir.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin