3. Служебные- sistemlə əlaqədar xidməti proqramlar. - Активация Windows- Windows-un kompüterdə olan surətinin aktivləşdirilməsi və əgər onun şəbəkə əlaqəsi varsa, bu surətin piratçılıqdan qorunması:
- Архивация данных- Kompüterdə olan verilənlərin təsadüfi itirilməsinin qarşısının alınması məqsədilə onların arxivləşdirilməsini təmin edir. Əmr verildikdən sonra yeni aşılan pəncərədə iki imkan təklif edilir. Bunlardan birincisi verilənlərin arxivləşdirilməsini, ikincisi isə artıq mövcud olan arxivdən verilənlərin çıxarılaraq lazımi yerə bərpasını təmin etmək imkanıdır. Lazımi imkan seçildikdən sonra hansı verilənlərin arxivləşdiriləcəyi müəyyənləşdirilir. Bu verilənlər “Мои документы» qovluğundakı fayllar və kompüterin sazlama parametrləri, kompüterdə olan və bütün istifadəçilərin verilənləri və sazlama parametrləri, kompüterdə olan bütün verilənlər, ya da istifadəçi istəyinə uyğun seçilmiş verilənlər ola bilər. Sonuncu variantda növbəti pəncərəyə kompüter qurğuları və həmin qurğulardakı fayllar və qovluqların siyahısı verilir. İstifadəçi tərəfindən lazım olanlar seçilir. Arxivləşdiriləcək obyektlər müəyyənləşdirildikdən sonra növbəti mərhələdə arxivin saxlanacağı qurğu və arxivə veriləcək ad daxil edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses haqqında məlumat verilir. Daha geniş hesabat almaq üçün sonuncu pəncərədəki «Отчет» əmrindən istifadə etmək olar. Əgər arxivləşdirilmiş verilənləri bərpa etmək lazım gələrsə prosesi analoji ardıcıllıqla lakin ilkin pəncərədəki ikinci imkanı seçməklə həyata keçirmək lazımdır.
- Восстановление системы- Sistemin əvvəlki vəziyyətinə bərpası. Bu əmr verildikdən sonra yeni açılan pəncərənin sağ hissəsində iki rejim verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş və hansısa dəyişikliyə və ya proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. İkinci isə istifadəçinin özü tərəfindən bərpa nöqtəsinin yaradılması imkanını yaradır. Birinci imkan seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə xüsusi rənglənmiş xanada olan tarix bərpa tarixləridir. Təqvim pəncərəsinin başlığında verilən hərəkət etdiricilərlə daha əvvəlki bərpa nöqtələrinə keçmək mümkündür. Bu nöqtə seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə qaytarır.
- Дефрагментация диска- Diskin defraqmentləşdirilməsi. Adətən faylları diskə yazdıqda kompüter fayl verilənlərini diskin sektorlarında qalan boş yerlərə hissələr-fraqmentlər şəklində yazmaqla disk həcminə qənaət edir. lakin iri həcmli fayllarla işlədikdə bu cür fraqmentlərlə yazılış işin sürətini aşağı salır. Bunu aradan qaldırmaq məqsədilə disklərin defraqmentləşməsini aparmaq olar. Yəni fayllar bütöv şəkildə disk hissəsində yerləşdirilir. Qeyd edək ki, bu halda diskin tutumundan optimal istifadə edilməsə də disklə işin sürəti artır. Əmrin yerinə yetirilməsi zamanı açılmış pəncərədə yerinə yetirilən proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında, prosesin nəticəsi haqqında məlumat verilir.
- Мастер переноса файлов и параметров- Mənbə rolunu oynayan kompüterin parametrlərini və onda yerləşmiş faylların digər kompüterə keçirilməsi təmin olunur;
- Назначенные задания- Seçilmiş tapşırığın kompüter tərəfindən avtomatik yerinə yetirilməsini təmin edir. Əmr verildikdən sonra açılan pəncərədən «Добавить задания» rejiminin üzərində düyməni sıxaraq yeni pəncərəyə keçirik və lazımi proqram seçilir. Növbəti addıma keçilir. Bu addımda tapşırığa ad verilir. Bu ad proqramın öz adı da ola bilər. Həmin pəncərədə tapşırığın yerinə yetirilməsi və ya proqramın işə salınması parametri seçilir (hər gün, hər həftə, kompüter yüklənən kimi və s.) sonra «Готова» düyməsi ilə prosesin başa çatdığı bildirilir. Sonrakı mərhələlərdə tapşırıqla əlaqədar parametrlər sorğulara cavab şəklində müəyyənləşdirilir.
- Очистка диска- Seçilmiş diskin təmizlənməsi. Bu rejim verildikdən sonra ekranda açılmış yeni pəncərədə təmizlənəcək disk seçilir. Növbəti addımda açılan pəncərədə adətən silinməsi lazım olan qovluqlar və onlardakı məlumatların həcmi göstərilir. Əgər təmizləmədə əlavə imkanlardan istifadə etmək istəyirsinizsə, onda pəncərənin yuxarısında olan «Дополнительно» əmrini verməklə yeni açılan pəncərədə, lazımi rejimi (az istifadə olunan komponenetlərin silinməsi, lazımsız proqramların silinməsi və s.) seçib yeni mərhələyə keşmək olar. Lakin ilkin variant seçilibsə istifadəçi təmizləyəcəyi qovluğu müəyyəmləşdirir, lazımdırsa onun məzmununa baxır və yalnız təmizləmək gərək olan faylları seçir. Əks halda seçilmiş qovluqda olan bütün fayllar silinir. Bu əməliyyatın vaxtaşırı aparılması kompüterdə əlavə, lazımsız fayl və qovluqların olmamasına və iş üçün daha münbit şəraitin yaranmasına kömək edir.
- Сведения о системе- Sistem haqqında məlumatları verir. Bu əmrin köməyi ilə kompüterin aparat resursları, müxtəlif komponentlər, qurğular, proqramlar haqqında məlumat və onların mövcud vəziyyətlərinin səciyyəsini əldə etmək olar.
- Таблица символов- Kompüterdə olan sistemin malik olduğu simvolların cədvəlini ekrana verir və klaviaturada olmayan simvolların əlavə edilməsinə imkan yaradır.
- Центр обеспечения безопасности- Kompüterin təhlükəsizliyinin təmin olunması məqsədilə üç parametrin Brandmauerin (kompüterə daxil olma imkanlarının istifadəçinin müəyyənləşdirdiyi qaydaya uyğunluğun), avtomatik yeniləmənin və viruslardan qorunma üçün antivirus proqramlarının fəallığının müəyyənləşdirilməsini təmin edir.
4. Специальные возможности- İstifadəçiyə xüsusi imkanlar verir. - Диспетчер служебных программ- Xüsusi imkanları təmin edən proqramların işə salınması və sazlanmasını təmin edir;
- Мастер специальных возможностей- eşitmə, görmə və hərəkət qabiliyyətində çatışmamazlıqlar olanlar üçün imkanların sazlanmasını təmin edir.
- Экранная клавиатура- Ekrana klaviaturanın təsvirini çıxararaq MOUS-dan və ya digər düyməli qurğudan istifadə edərək klaviatura düymələri ilə işləməni təmin edir.
- Экранная лупа- Ekranın götürülmüş fraqmentinin böyüdülməsini təmin edir.
5. Paint- rəngli təsvirlərin və qrafiklərin hazırlanması proqramıdır. Burada hazırlanmış təsvirlər Windowsun digər proqramlarında da istifadə oluna bilər. Bu məqsədlə mübadilə buferindən istifadə etmək lazımdır. 6. WordPad-kiçik qeydlər və sənədlərin hazırlanması üçün nəzərdə tutlmuş proqramdır. Bu mətn proqramı Windows əməliyyatlar sistemində işləyə bilən digər mətn proqramlarının imkanlarından daha aşağı imkanlara malikdir. Lakin hər halda burada istənilən uzunluqda mürəkkəb obyektləri olmayan sənədi hazırlamaq olar. 7. Адресная книга-Kompüter vasitəsilə xidməti kataloqlardan istifadə etməklə, şəxsi əlaqədar olduğunuz tərəfdaşları və müxtəlif insanlarla əlaqələrin idarə olunmasını təmin edir. 8. Блокнот- Sadə formatlı mətn fayllarının yaradılması və redaktəsini təmin edir; 9. Знакомство с Windows- Windows əməliyyatlar sisteminin imkanları və onlarla işləmə qaydalar ilə tanış olmağa imkan verir; 10. Калькулятор- Adi kalkulyatoru əvəz edərək onun yerinə yetirə bildiyi əməliyyatları aparmağa imkan verir. Burada kalkulyatorun sadə və bir çox mürəkkəb hesablama funksiyalarına malik olan qismən mürəkkəb variantları mövcuddur; 11. Командная строка- Hazır proqramların yerinə yetirilməsi sətridir (MS DOS əməliyyatlar sistemində olduğu kimi); 12. Мастер совместимости программ- Köhnə proqramların Windows-da işləməsi üçün uyğunluq yaradır; 13. Проводник-Kompüterdə olan fayl və qovluqların siyahısını verir və onlarla işləyərkən bələdçi rolunu oynayır; 14. Синхронизация-Avtonom rejimdə yenilənən verilənlərin (sənədlərin, təqvimlərin, elektron poçt məlumatlarının şəbəkə surətlərini yeniləyir (kompüter şəbəkəyə qoşuludursa); 15. Мастер работы со сканером или цифровой камерой- Təsvirlərin ckaner və ya kamera vasitəsilə götürülməsini təmin edir. Mühazirə 5.1