Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 5.3 Turbo Pascal dilində sətir tipli verilənlər, yazilar, çoxluqlar və massivlərlə işin təşkili



Yüklə 1,39 Mb.
səhifə35/72
tarix05.11.2022
ölçüsü1,39 Mb.
#119006
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   72
Informatika R Baqiyeva

MÖVZU 5.3
Turbo Pascal dilində sətir tipli verilənlər, yazilar, çoxluqlar və massivlərlə işin təşkili
Plan:
1. Turbo Pascal dilində sətir tipli verilənlər, yazilarla işin təşkili
2. Turbo Pascal dilində çoxluqlarla işin təşkili
3. Turbo Pascal dilində massivlərlə işin təşkili

Turbo Paskal dilində əvvəlki dərslərimizdə qeyd olunduğundan məlumdur ki. verilən və dəyişənlərin tiplərindən biri də struktur tiplilərdir. Bu tipə massivlər, yazılar və çoxluqlar aiddir. Qeyd edək ki. bu tipə aid olan bütün verilən və dəyişənlərin ümumi xüsusiyyəti onların elementlər çoxluğundan ibarət olmasıdır.


Sətir tipli dəyişənlərlər və onlar üzərində əməllər:
Sətir tipli dəyişənlər aşağıdakı kimi elan edilirlər: Dəyişən: STRING [N]; Burada, N- sətirin uzunluğudur. Onun maksimum qiyməti 256 ola bilər, başqa sözlə sətirdəki simvolların sayı maksimim 256 ola bilər. Əgər sətirdəki simvolların sayı göstərilməyibsə (sadəcə olaraq Dəyişən: STRING; kimi elan edilibsə) onda sətirin uzunluğu 255 qəbul edilir.
Məsələn, VAR S1:STRİNG[10]; S2:STRING [20];
Burada S1 dəyişəni 10, S2 dəyişəni 20 simvoldan ibarət sətir tipli dəyişənlərdir.
Sətir tipli dəyişənlər üzərində aşağıdakı əməliyyatları aparmaq olar:
CONCAT (S1, S2, ..., SN)- S1, S2, ..., SN sətirlərini ardıcıllığa uyğun olaraq birləşdirir;
COPY (S, N, M)- S sətrindən N nömrəli simvoldan başlayaraq M sayda simvolların surəti köçürülür;
DELETE(S, N, M)- S sətrində N nömrəli simvoldan başlayaraq M sayda simvol silinir:
İNSERT(ST, S, N)- S sətrinin N-ci mövqeyindən başlayaraq ST alt sətri əlavə edilir;
LENGTH (S)- S sətrinin uzunluğunu (simvolların sayını) təyin edir:
POS (ST,S)- S sətrində ST alt sətrinin daxil olduğu mövqeyə uyğun qiyməti veriri;
UPCASE (simvol) – simvolun yuxarı registrdəki qiymətini qaytarırı. Əgər belə qiymət yoxdursa, onda simvolun özünü qaytarır.
Nümunə:
PROGRAM STR;
USES CRT, PRINTER;
VAR S1, S2:STRING [18];
S3: STRING [2];
S4: STRING[60];
BEGIN
S3:=’ ‘; READLN(S1);
READLN(S2);
S4:=CONCAT(S1, S3, S2); WRITELN(S4); END.


Yazılar:
Turbo Paskal dilində yazı yazı sahələri adlanan qeyd olunmuş sayda komponent­lərdən ibarət verilənlər strukturudur. Yazılar aşağıdakı kimi elan edilir:
Ad= RECORD yazılar sahəsi END;
Ad- yazıya verilən ad olub düzgün identifikatordur; RECORD, END- açar sözləridir (yazı, son);
Yazılar sahəsi- yazılar bölməsini göstərməklə bir-birindən “;”-lə ayrılırlar.
Məsələn:
VAR DG= RECORD
GUN, AY: BYTE; İl: İNTEGER; END;
Burada, DG- yazının adı, GUN, AY, İl- yazı sahələridir. Yazı sahələrilə işləməni asanlaşdırmaq məqsədilə aşağıdakı operatordan istifadə edilir: WITH yazı sahələri DO operator
Yazı sahələri- yazı tipli dəyişənlərdir; operator- Turbo Paskalın istənilən operatorudur.
Çoxluqlar:
Çoxluq- bir-biri ilə müəyyən qaydada əlaqəli olan eyni tipli obyektlər yığımıdır. Turbo Paskal dilində çoxluqlar aşağıdakı kimi elan edilir:
Ad= SET OF tip
Burada. Ad- çoxluğun adı; SET (çoxluq), OF (-ın, -in, -un, -ün)- açar sözləri; tip- çoxluq element-lərinin tipidir.
Məsələn:
VAR
A1, A2: SET OF 0..5;
A3, A4: SET OF 3..8;
Burada A1, A2, A3, A4 çoxluqların adıdır. A1 və A2 çoxluqları 0-dan 5-ə qədər rəqəmləri, A3, A4 çoxluqları isə 3-dən 8-ə qədər rəqəmləri özündə birləşdirir.
Çoxluqlar üzərində aşağıdakı əməliyyatları aparmaq olar:
*- çoxluqların kəsişməsi;
+ - çoxluqların birləşməsi
- - çoxluqların fərqi; birinci yazılmış çoxluğun ikinciyə aid olmayan elementlərindən ibarət çoxluq.
Çoxluqlar arasındakı münasibətləri öyrənmək məqsədilə aşağıdakı əməliyyatlardan istifadə edilir:
=- çoxluqların ekvivalentliyinin yoxlanması; <>-çoxluqların ekvivalent olmamasının yoxlanması;
<=-birinci çoxluğun ikinciyə daxil olmasının yoxlanması;
>=-ikinci çoxluğun birinciyə daxil olmasının yoxlanması;
in- elementin çoxluğa daxil olmasının yoxlanması: əgər element çoxluğa daxildirsə TRUE (doğru), əks halda isə FALSE (yalan) qaytarılır.
Massivlər: Turbo Paskal dilində istifadə olunan massivlər riyaziyyatdakı matrislər ardıcıllıqlar eləcə də cəbri vektorlarla eynidir. Massivlərin fərqləndirici xüsusiyyəti onun elementlərinin eyni tipli olmasıdır. Digər tərəfdən isə massivin elementləri adətən kəmiyyət göstəricilərindən ibarət olurlar.
Massivləri elan etmək məqsədilə aşaşıdakı ümumi formadan istifadə olunur:
Tipin adı = ARRAY [massivin olçü göstəriciləri] OF tip;
Burada, tipin adı- massivə verilən addır, massivin ölçü göstəriciləri-massivin element­lərinin sayını, sətir və sütunlarının sayını göstərən göstəricilərdir, tip-massiv element-lərinin tipidir və Turbo Paskal dilinin LONGİNT tipindən başqa istənilən tipi ola bilər. Adətən məsələlərin həllində ən çox rast gəlinən massivlər birölçülü və ikiölçülü massivlərdir. Başqa sözlə daha çox ardıcıllıq və ya matrislərdən istifadə olunur. Əgər A= ARRAY [1..14] of real; verilibsə, bu o deməkdir ki, massivin adı A-dır, onun 14 elementi var və elementlər həqiqi tipli ədədlərdir. Bu massivin elementləri yaddaşda ardıcıl yerləşir və müraciət vaxtı ünvana uyğun olaraq çağrılır. Elementlərə qiymət aşağıdakı kimi mənimsədilir: A[1]:=1.2; A[2]:=76.9 və sair. Əgər massiv iki ölçülüdürsə, onda o, aşağıdakı kimi göstəriləcək:
B= ARRAY [1..3,1..5] OF INTEGER;
Burada B-massivin adıdır, onun 3 sətri, 5 sütunu var və elementləri tam tiplidirlər.Bu şəkildə massivin elementləri aşağıdakı kimi mənimsədilir: B[1,2]:=2; B[3,4]:=24;
Bu o deməkdir ki. B ikiölçülü massivinin 1-ci sətrinin 2-ci sütununun elementi 2; 3-cü sətirinin 4-cü sütununun elementi isə 24-ə bərabərdir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin