MÖVZU 11 Internet şəbəkəsi və onun xidmətləri Plan:
İnternetin yaranma tarixi
2. İnternetdə ünvanlaşdırma
3. İnternet xidmətləri və onun təyinatı
70-ci illərin axırlarında ABŞ-ın Müdafiyə Nazirliyi elektron şəbəkə yaratmaq qərarına gəlir. Məqsəd hərbi qərargahlardakı kompüterlar arasında informasiya mübadiləsi yaratmaq idi. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-ın Perespektiv Tədqiqatlar Layihə Agentliyi (ARPA - Advanced Research Project Agency) tərəfindən maliyyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Dünyada ilk yarımfunksional hesablama şəbəkəsi ARPAnet adlanır (net- tor (set) deməkdir).
- Bu şəbəkəyə daxil olan kompüterlər eyni hüquqlu idilər. Yəni, ARPAnet-də «baş kompüter - tabe kompüter» anlayışı yox idi.
- ARPAnet-də əsas şəbəkə protokolu kimi şəbəkələrarası IP (Internet Protocol) protokolu qəbul edilmişdir.
Kompüterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və qəbul edilməsi qaydalannı təsvir edən razılaşdırılmış və təsdiq olunmuş standart şəbəkə protokolu adlanır.
IP protokolu Internet Ümumdünya şəbəkəsinin əsas protokoludur.
Şəbəkələrarası IP protokolu müxtəlif əməliyyatlar sistemləri tərəfindən idarə olunan müxtəlif növ hesablama maşınlarını şəbəkəyə birləşdirən universal standartdır. İndi də Internet bu protokolla işləyir.
80-cı illərin axırlarında Internet-lə əlaqə yaratmaq istəyən istifadəçi modemdən istifadə etməyə başladı. Modem - kompüterdən göndərilən rəqəm axınını səs siqnalına çevirən və onu adi telefon xətti ilə göndərən qurğudur. Şəbəkənin digər tərəfində səs siqnallarını qəbul edən modem onları yenidən kompüterə göndərir. Hər bir modem həm qəbuledici, həm də informasiya ötürücüsüdür.
Qeyd edək ki, iki kompüter arasında əlaqə sürətinin vahidi bps (bitper secund) bir saniyədə ötürülən informasiyadakı bitlərin sayına bərabərdir.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Hər hansı bir yeni texnologiya o zaman «qanunı statusa» malik olur ki, onun məzmunu müəyyən standartlar çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə protokolları adlanırlar.
Internetin işləmə prinsipi: IP protokolu verilənlərin yalnız ötürülməsini təmin edir. Bütün prosesi isə TCP (Transmission Control Protocol) protokolu idarə edir.
TCP protokolu informasiyanı bir neçə hissəyə bölür, hər bir hissəni xüsusi nömrələyir (sonradan informasiyanı ardıcıl birləşdirmək üçün), hər bir hissəyə «işçi» informasiya əlavə edir və onları ayrı-ayrılıqda «IP-paketə» düzür. Bu «paket» şəbəkə vasitəsilə göndərüir. Göndərilən sxemdə TCP və IP protokolları sıx birləşdiyinə görə onlan TCP/IP protokolu adlandırırlar. İnternetlə göndərilən TCP/IP paketlərinin ölçüsü 1 baytdan 1500 bayta qədər olurr. Bü ölçü şəbəkənin texniki xarakteristikalarından asılı olur.
Internet-də ünvanlaşdırma sistemi: