İnformasiya təhlükəsizliyinin təmin olunması. İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir. Onun həlli üçün tədbirləri aşağıdakı səviyyələrə bölmək olar:
Qanunvericilik tədbirləri (qanunlar, normativ aktlar, standartlar və s.);
İnzibati tədbirlər;
Təşkilati tədbirlər;
Proqram-texniki tədbirlər.
Təəssüflə qeyd etmək lazımdır ki, qanunvericilik bazası praktikanın tələblərindən geri qalır.
İnzibati səviyydə qəbul edilən tədbirlərin əsas məqsədi, informsiya təhlükəsizliyi sahəsində işlər proqramını formalaşdırmaq və onun yerinə yetirilməsini zəruri resurslar ayırmaqla və işlərin vəziyyətinə nəzarət etməklə yerinə yetirilməsini təmin etməkdir. İşlər proqramının əsasını təşkilatın öz informasiya aktivlərinin müdafiəsinə yanaşmasını əks etdirən təhlükəsizlik siyasətidir.
İnformasiya təhlükəsizliyi siyasətinin yaradlması. Təhlükəsizlik siyasəti – təşkilatda məxfi verilənlərin və informasiya proseslərinin müdafiəsi üzrə pekspektiv tədbirlər kompleksidir. Təhlükəsizlik siyasətinin tərkibinə şəxsi heyətin, menecerlərin və texniki xidmətin ünvanına tələblər əks olunur. İnformasiya təhlükəsizliyi siyasətinin işlənməsinin əsas istiqamətləri aşağıdakılardır:
Hansı verilənlərin və hansı ciddiliklə qorunması zəruri olduğunu müəyyən etmək;
İnformasiya aspektində təşkilata kimin hansı ziyanı vura bilməsini müəyyən etmək;
Risklərin hesablanması və onların qəbulediləcək səviyyəyə qədər azaldılması sxemini müəyyən etmək.
Təşkilatda informasiya təhlükəsizliyi sahəsində cari vəziyyəti qiymətləndirmək üçün iki sistem mövcuddur. Onları obrazlı olaraq “yuxarıdan aşağıya araşdırma” və “aşağıdan yuxarıya araşdırma” adlandırırlar. Birinci metod olduqca sadədir, daha az kapital qoyuluşu tələb edir və az da imkanlara malikdir. İnformasiya təhlükəsizliyi xidməti bütün məlum hücum növləri haqda məlumata əsaslanaraq, real bədniyyətli tərəfindən belə hücumun mümkün olmasını yoxlamaq məqsədi ilə onları praktikada tətbiq etməyə cəhd edir.
“Yuxarıdan aşağı” metodu mahiyyətcə informasiyanın mövcud saxlama və emal sxeminin ətraflı analizidir. Bu metodun ilk mərhələsi, müdafiəsi zəruri olan informasiya obyektinin və axınlarının müəyyən olunmasıdır. Sonra informasiya təhlükəsizliyi sisteminin cari vəziyyətinin öyrənilməsi gəlir. Hansı klassik müdafiə metodlarının hansı həcmdə və hansı səviyyədə realizə olunduğu müəyyən edilir.
Üçüncü mərhələ bütün informasiya obyektlərinin məxfilik, tamlıq və icazə (buraxılış) tələblərinə uyğun olaraq siniflərə təsnifatı aparılır.
Sonrakı mərhələ hər bir konkret informasiya obyektinə hücumun təşkilata hansı ciddilikdə ziyan vurması aydınlaşdırılır. Bu mərhələ “risklərin hesablanması” adlanır. İlkin yaxınlaşmada risk “hücumdan mümkün ziyan”-ın “belə ziyanın ehtimalı”-na hasili kimi hesablana bilər. Riskin hesablanmasının bir çox sxemləri mövcuddur.
Qeyd etmək zəruridir ki, hücumun vurduğu ziyanın həcmini, informasiyanın sahibi və ya onunla işləyən şəxsi heyyət qiymətləndirməlidir. Hücumun baş vermə ehtimalının qiymətləndirilməsini isə təşkilatın texniki əməkdaşlarına həvalə etmək məqsədəuyğundur.
Sonrakı mərhələdə təşkilatın risklər cədvəli tərtib olunur.
Risk cədvəlinin analizi mərhələsində riskin yolverilən maksimal qiyməti (məsələn, 7) verilir. Cədvəlin hər bir sətrinin riskin bu qiymətini aşması yoxlanılır. Əgər belə aşma varsa, bu sətir – təhlükəsizlik siyasətinin işlənməsinin ən birinci məqsədlərindən biridir. Sonra ikiyə vurulmuş qiymətin (bizim misalda2*7=14) inteqral risklə (“Yekun” xanası) müqayisəsi aparılır. Əgər inteqral risk yol verilən qiyməti aşırsa, deməli təhlükəsizlik sistemində kiçik xətalar çoxluğu seçmək olar ki, nəticədə təşkilata səmərəli işləməyə mane olarlar. Bu halda inteqral riskə ən çox pay verən sətrlər seçilir və onların azaldılması və ya tam aradan qaldırılmasına cəhd olunur. Ən məsul mərhələdə həm ayrı–ayrı risklərin, həm də inteqral riskin lazımi səviyyəsini təmin edən informasiya təhlükəsiliyi siyasəti işlənilir. Onun işlənməsi zamanı təhlükəsizlik siyasətinin realizə olunması yoluna çıxa bilən obyektiv problemləri nəzərə almaq lazımdır. Belə problemlərə ölkənin və beynəlxalq birliklərin qanunları, korporasiyaların daxili tələbləri, cəmiyyətin etik normaları ola bilər.
Realizə olunması planlaşdırılın bütün texniki və inzibati tədbirlərin təsvirindən sonra, bu proqramın iqtisadi dəyəri hesablanır. Təhlükəsizlik proqramına maliyyə qoyuluşu qəbuledilməz olduqda və ya hücumlardan potensial ziyanla müqayisədə sadəcə iqtisadi cəhətdən sərfəli olmadığı halda risk cədvəlinin analizi mərhələsinə qayıdıb riskin maksimal yol verilən qiymətini bir və ya bir neçə vahid artırmaq lazımdır.
Təhlükəsizlik siyasətinin işlənməsi təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunma və ətraflı sənədləşdirmə ilə başa çatdırılır. Bundan sonra planda göstərilən bütün komponentlərin fəal realizasiyası gəlməlidir. Risklər cədvəlinin yenidən hesablanması və deməli nəticədə, təşkilatın təhlükəsizlik siyasətinin modifikasiya olunması çox vaxt iki ildə bir də həyata keçirilir.
Təşkilati tədbirlər
Təşkilati tədbirlər mühiti və informasiyanın müdafiəsinin səmərəli vasitələrindən biri olmaqla yanaşı sonra qurulacaq bütün müdafiə sistemlərinin fundamentini təşkil edir.
Təşkiləti tədbirlər aşağıdakı mövzuları əhatə edir: