İdentifikasiya və autentifikasiya. İdentifikasiya və autentifikasiyanı təhlükəsizliyin proqram – texniki vasitələrinin bünövrəsi hesab etmək olar, çünki digər servislər adlandırılmış subyektlərin xidməti üçün nəzərdə tutulublar. İdentifikasiya (istifadəçiyə və ya müəyyən istifadəçinin adından fəaliyyət göstərən prosesə) özünü adlandırmağa (öz adını bildirməyə). imkan verir Autentifikasiyanın köməyi ilə ikinci tərəf əmin olur ki, subyekt doğurdan da özünü qələmə verdiyi şəxsdir. Autentifikasiyasözününsinonimikimibəzən “əslliyinyoxlanması” birləşməsiişlədilir.
Subyekt özünün əslliyini, aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə təsdiq edə bilər:
Onun bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar);
Onun sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu);
Onun özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarını).
Təəsüf ki, etibarlı identifikasiya və autentifikasiya bir sıra prinsipial səbəblərdən çətinləşir. Birincisi kompüter sistemi informasiyanın alındığı şəklinə əsaslanır, ciddi desək informasiya mənbəyi naməlum qalır. Məsələn, bədniyyətli əvvəlcədən tutulmuş verilənləri təkrar edə bilər. Deməli, identifikasiya və autentifikasiya məlumatının təhlükəsiz daxil edilməsi və verilməsi üçün tədbirlər görmək lazımdır. Şəbəkə mühitində bu xüsusi çətinliklə üzləşir. İkincisi, demək olar ki, bütün autentifikasiya mahiyyətlərini oğurlamaq, öyrənmək və saxtalaşdırmaq mümkündür. Üçüncüsü, autentifikasiyanın etibarlılığı ilə istifadəçinin və sistem adminstratorunun arasında ziddiyyət mövcuddur. Məsələn, təhlükəsizlik baxımından müəyyən tezliklə, autentifikasiya verilənlərinin təkrar daxil edilməsini istifadəçidən xahiş etmək olar. Bu isə yorucu olmaqla yanaşı, həm də daxiletməyə göz yetirmə ehtimalını artırır. Dördüncüsü, müdafiə vasitələri etibarlı olduqca daha bahadır. Biometrik xarakteristikaların ölçülməsi vasitələri xüsusi ilə bahadırlar. Autentifikasiyanın ən geniş yayılmış növü paroldur. Sistem daxil edilmiş və verilən istifadəçi üçün əvvəlcədən verilmiş parolu müqayisə edir. Üst–üstə düşdüyü halda istifadəçinin həqiqiliyi təstiqlənmiş sayılır. Tədricən populyarlıq qazanan digər vasitə gizli kriptoqrafik açarlardır.
Parolla autentifikasiyanın əsas üstünlüyü – sadəlik və adət olunmasıdır. Parollar çoxdan əməliyyat sistemləri və başqa servislərə daxil olunub. Düzgün istifadə edildikdə parollar bir çox təşkilatlar üçün qəbuledilən təhlükəsizlik səviyyəsini təmin edə bilər. Buna baxmayaraq xarakteristikalar məcmusuna görə onları ən zəif autentifikasiya vasitəsi hesab etmək lazımdır.
Parolların ən prinsipial çatışmazlığı onların elektron ələ keçirilməsidir. Bu çatışmazlığı istifadəçilərin təlimi və ya adminstrə edilmənin təkmilləşdirilməsi ilə kompensasiya etmək mümkün deyil. Praktik olaraq yeganə çıxış – rabitə xətləri ilə ötürülməzdən qabaq parolların kriptoqrafik şifrələnməsidir.
Ancaq hər halda aşağıdakı ölçülər parol müdafiəsinin etibarlılığını artırmağa xeyli imkan verir:
texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.)
parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşrı dəyişdirilməsi
Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər autentifikasiya metodları istifadə olunduğu halda da tətbiq etmə məqsədəmüvafiqdir.
Son vaxtlar autentifikasiya üçün tokenlərdən istifadə olunur. Token əşyadır (qurğudur). Ona sahib olma istifadəçinin əsilliyini təsdiq edir. Yaddaşa malik tokenlər (passiv tokenlər, informasiyanı saxlayır, amma emal etmirlər) və intellektual tokenlər (aktiv tokenlər) fərqləndirilir.
Passiv tokenlərin ən geniş yayılan növü maqnit zolaqlı kartlardır. Belə tokenlərdən istifadə etmək üçün klaviatura və prosessorla təshiz olunmuş oxuma qurğusu lazımdır. Adətən istifadəçi klaviaturada özünün şəxsi identifikasiya nömrəsini yığır, prosessor onu kartda yazılanla müqayisə edir, həmçinin kartın əslliyini yoxlayır. Faktiki olaraq autentifikasiyanın iki üsulundan istifadə olunur ki, bu da bədniyyətlinin hərəkətlərini xeyli çətinləşdirir. Diqqəti autentifikasiya informasiyasının oxunma qurğusunun özü tərəfindən emal olunması zərurətinə yönəldək. Bu elektron ələkeçirmə imkanlarını istisna edir. Bəzən (adətən girişə fiziki nəzarət üçün) kartlar bilvasitə, şəxsi identifikasiya nömrəsi tələb olunmadan istifadə edilir. Şübhəsiz üstünlükləri ilə yanaşı yaddaşı olan tokenlərin müəyyən çatışmazlıqları da var, hər şeydən əvvəl onlar parollardan xeyli bahadırlar. Xüsusi oxuma qurğusu tələb olunur. İstifadə üçün rahat deyil və s.
İntellektual tokenlər özünün hesablama gücünün olması ilə xarakterizə olunur. Tokenin işləməsi üçün istifadəçi şəxsi identifikasiya kodunu daxil etməlidir.
Fəaliyyət prinsiplərinə görə intellektual tokenləiri aşağıdakı kateqoriyalara bölmək olar:
parolların statik mübadiləsi: istifadəçi adi qayda ilə tokenə öz əslliyini sübut edir, sonra token kompüter sistemi tərəfindən yoxlanılır.
parolların dinamik generasiyası: token parolları generasiya edir və periodik dəyişir (məsələn dəqiqədə bir dəfə). Kompüter sistemi də sinxronlaşdırılmış parollar generatoruna malik olmalıdır. Tokendən informasiya interfeyslə daxil olur və ya terminalın klaviaturasında istifadəçi tərəfindən yığılır.
sorğu-cavab sistemləri: kompüter təsadüfi ədəd verir, bu ədəd tokendəki kriptoqrafik mexanizmlə çevrilir və bundan sonra nəticə yoxlama üçün kompüterə qaytarılır. Burada da elektron və ya əl interfeysindən istifadə etmək olar.
İntellektual tokenləirin əsas üstünlüyü onların açıq şəbəkədə autentifikasiya üçün istifadə edilməsi imkanıdır. Generasiya olunan və cavab olaraq verilən parollar daim dəyişirlər ki, bədniyyətli hətta cari parolu ələ keçirsə belə, hiss olunacaq fayda götürə bilməz. Praktiki nöqteyi-nəzərdən intellektual tokenlər birdəfəlik parollar mexanizmini realizə edir. İntellektual tokenlərin digər üstünlüyü onların potensial çoxfunksiyalı olmasıdır. Onları yalnız təhlükəsizlik məqsədi ilə deyil, məsələn, maliyyə əməliyyatları üçün də istifadə etmək olar. Əsas çatışmayan cəhətləri qiymətinin yüksək olması, istifadəçinin müəyyən narahatçılığıdır. İntellektual tokenlərin adminstrə edilməsi, maqnit kartları ilə müqayisədə kriptoqrafik açarları idarəetmə səbəbindən mürəkkəbləşib.
Biometrik xarakteristikalara nəzarət qurğuları mürəkkəb və bahadırlar, buna görə də yalnız təhlükəsizliyə yüksək tələblər olan təşkilatlarda istifadə olunurlar.
Çox mühüm məsələ identifikasiya və autentifikasiya xidmətlərinin adminstrə olunmasıdır. Uyğun informasiyanın məxfiliyini, tamlığını və əlyetənliyini daim saxlamaq zəruridir ki, bura bircins olmayan şəbəkə mühitində xüsusilə asan deyil. İnformasiyanın mümkün maksimal mərkəzləşdirilməsini tətbiq etmək məqsədəuyğundur. Buna əslliyi yoxlayan ayrıca serverlərin (Kerberos kimi) və ya mərkəzləşdirilmiş adminstrəetmə vasitələrinin tətbiqi ilə nail olmaq olar.
Qeyd edək ki, mərkəzləşdirmə nəinki sistem adminstratorlarının, həmçinin istifadəçilərin də işini yüngülləşdirir, çünki çox vacib olan vahid giriş konsepsiyasını realizə etməyə imkan verir. İstifadəçi bir dəfə əsllik yoxlamasındın keçərək, öz səlahiyyətləri çərçivəsində şəbəkənin bütün resurslarına icazə əldə edir.