Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,39 Mb.
səhifə71/72
tarix05.11.2022
ölçüsü1,39 Mb.
#119006
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   72
Informatika R Baqiyeva

Arxivləşmədən sonra faylı ləğv etmək (Удалить файла после архивации). Fayl arxivləşdikdən sonra avtomatik ləğv edilir.

  • SFX - arxivi yaratma (Создать SFX). Özüaçılan SFX arxiv faylı yaradılır. Belə ki, bu tip arxivdə kursoru həmin faylın üzərinə qoyub, siçanın sol düyməsini sıxmaqla fayl arxivdən azad olur.

  • Bütöv arxiv (Непрерывный архив). Yalnız RAR tipli arxiv bütöv arxivləşməyə məruz qalır.

  • Elektron imza (Электронный подпись) Bu zaman arxivə elektron imza – müəllif, axırıncı dəfə yeniləşmə tarixi əlavə olunur.

  • Multimedia sıxılma (Мултимедийная сжатия)

    Bu sıxılma parametri səs, 24 tərtibli BMP formatlı rəsmlərin sıxılması zamanı adi sıxılmadan 30% artıq yüksək tərtibli sıxılma əldə etməyə imkan verir. Bu parametr yalnız RAR tipli arxivlər üçün nəzərdə tutulmuşdur.

    1. Bərpa üçün informasiya (Информация для востановления). Arxivə bərpa üçün informasiyanı əlavə edir.

    Ehtiyat surəti üçün isə aşağıdakı parametrlər müəyyən edilmişdir:
    1. Arxivləşmədən əvvəl diski təmizləmək (Очишать сменный диск перед архивацией на него). Arxiv diskdə yaradılarkən onda olan bütün fayllar və qovluq ləğv olunur.
    2.Yalnız “Arxiv” atributları əlavə etmək (Добавлять только с установленным атрибутом). Bu zaman arxivə yalnız arxiv atributlu fayllar əlavə edilə bilər.
    3. Arxivləşmədən sonra “Arxiv” atributunun ləğv edilməsi (Снимать атрибут ”Архивный” после архивации). Arxivləşmədən sonra fayllardan arxiv atributu ləğv olunur.
    - Arxivin bərpası (Востановить архив).
    Xarab olmuş RAR və ZIP tipli arxivləri bərpa edir, açılmış pəncərədə bərpanı təsdiq etdikdən sonra arxiv bərpa olunur və bu haqqda hesabat pəncərəsi ekranda əks olunur.
    - Sıxılma dərəcəsinin qiymətləndirilməsi (Оценить степень сжатия). Qeyd olunmuş fayl və qovluqların müəyyən format əsasında sıxılma dərəcəsini və vaxtını təyin edir.
    - Qeyd olunmuş arxivlərdən azad etmək (Извлечь из выделенных архивов). Bu əmr qeyd olunmuş arxivlərin açılmasını təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə arxivdəki fayllar üçün yol, yeniləşmə, yenidən yazma parametrlərini müəy­yən etmək lazımdır.
    - Qeyd olunmuş arxivləri testdən keçirmək (Протестировать выделенные архивы). Bu əmr qeyd olunmuş arxivləri idarə rejiminə daxil olmadan testdən keçir­məyə imkan verir. Nəticə, test qurtardıqdan sonra ekranda əks olunur.
    - Fayla baxma (Просмотреть файл). Bu əmr faylı həm də arxivi idarə rejimində yerinə yetirilir və qeyd olunmuş fayl və arxivə baxışı təmin edir.
    - Faylları ləğv etmək (Удалить файлы). Bu əmr də hər 2 rejimdə yerinə yetirilir və qeyd olunmuş faylı ləğv edir.
    - Arxivdən faylları azad etmək (Извлечь файлы из архива). Əmr arxivləri idarə rejimində yerinə yetirilir və arxivdə qeyd olunmuş faylları və qovluqları arxiv­dən azad edir.
    - Arxivdən digər qovluğa azad etmək (Извлечь в другую папку). Bu əmr arxivləri idarə rejimində yerinə yetirilir arxivdə qeyd olunmuş faylların qovluqların arxivdən azad olunmasını təmin edir. Əvvəlki rejimdən fərqli olaraq əmr yerinə yetiril­dikdə açılan pəncərədə arxivdən azad olunmuş fayl qovluğun yolunu arxivdən azad etmə parametrləri müəyyən olunur.

    Yüklə 1,39 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   64   65   66   67   68   69   70   71   72




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin