Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,64 Mb.
səhifə6/15
tarix16.11.2018
ölçüsü2,64 Mb.
#82581
1   2   3   4   5   6   7   8   9   ...   15

cos x


sin x

a loqa

Turbo Paskal dilində Proqram tərtibinin qaydaları və standart modullar:


Turbo Paskal dilində tərtib edilən proqramın ümumi quruluşu aşağıdakı kimi olmalıdır: PROQRAM proqramın adı;

USES standart modulların adları; CONST



Sabitlrin elan edilməsi və tiplərinin göstərilməsi; VAR

Dəyişənlərin elanı və tiplərinin göstərilməsi; BEGİN

Operator və funksiyalarla proqramın yazılmış əsas gövdəsi; END.

Proqramın hər bir sətrinin sonunda “;” qoyulmalıdır. Eyni zamanda ifadələrin yazılışında əgər sətirin uzunluğu kifayət etmirsə və yeni sətrə keçilirsə yeni sətirdə sonuncu işarənin təkrarən yazılması düzgün deyil. Proqramın adı kimi ixtiyari identifikator istifadə edilə bilər, lakin ad hərflə başlamalı və adın tərkibində probeldən istifadə edilməməlidir. Proqram tərtibində eyni simvol və ya identifikatordan həm dəyişən, həm də sabit kimi istifadə etmək olmaz. Proqramın əsas hissəsi mütləq BEGİN operatoru ilə başlayaraq END ilə qurtarmalıdır. Proqram daxilindəki END operatorlarının yalnız sonuncusunun axırında nöqtə qoyulur, qalanlardan sonra isə nöqtəli vergül qoyulmalıdır. Eyni tipli sabit və dəyişənləri bir sətirdə vergüllə ayırmaqla göstərmək olar.

Əgər istifadəçi proqram daxilində müəyyən şərhlər vermək istəyirsə onda (* *), { }işarələrindən istəfadə etməlidir. Məsələn:

(* Bu proqram Turbo Paskal dilində tərtib edilib!*)

və ya


{Mənim birinci proqramım}

Proqram daxilində dəyişənlərin qiymətlərini birbaşa və klaviaturadan verməklə daxil etmək mümkündür. Birbaşa daxil etmədə mənimsəmə operatorundan istifadə edilir. Məsələn Y dəyişəninə 3 qiymətini mənimsətmək istəyiriksə bunu aşağıdakıkimi yazırıq:



Y3;

Əgər dəyişənin qiymətini klaviaturadan daxil edəcəyiksə onda



READ (Y);

və ya


READLN(Y);

yazırıq. READ standart prosedurasından istifadə etdikdə dəyişən daxil edildikdən sonra yeni dəyişənin daxil edilməsi həmin sətirdə gözlənilir, READLN istifadə edildikdə isə yeni dəyişənin qiyməti növbəti sətirdə, yəni yeni sətirdən daxil edilməlidir. Bu proseduranın ümumi yazılışı aşağıdakı kimidir:



READ (daxil ediləcək dəyişənlərin adlarının siyahısı); READLN (daxil ediləcək dəyişənlərin adlarının siyahısı); Əgər bu proseduraların yazılışı aşağıdakı şəkildədirsə

READ (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı); READLN (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı);

onda dəyişənin qiyməti fayl dəyişəni ilə adlandırılmış fayldan və ya məntiqi qyrğudan daxil edilir.

Proqramın nəticələrini, eləcə də sabit və dəyişənlərin qiymətlərini ekrana çıxarmaq məqsədilə aşağıdakı standart proseduralardan istifadə edilir:

WRİTE (sabit və dəyişənlərin siyahısı); WRİTELN (sabit və dəyişənlərin siyahısı);


Bunlarda fərq ondan ibarətdir ki, birincidə siyahıdakı sabit və dəyişənlərə uyğun qiymətlər bir sətrə çıxarılır və növbəti dəfə bu proseduraya müraciətdə də yeni qiymətlər də həmin sətrə çıxarılacaq. İkinci prosedura yerinə yetirildikdə isə göstərilən sabit və dəyişənlərə uyğun qiymətlər ekrana verildikdən sonra, növbəti müraciətdə nəticələr avtomatik olaraq yeni sətrə keçilərək verilir.

Əgər nəticələrin hər hansı fayl və ya məntiqi qurğuya (diskə, printerə və s.) çıxarılması nəzərdə tutulubsa onda qaydalar eyni ilə qalmaqla aşağıdakı yazılışdan istifadə edilir:



WRİTE (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı); WRİTELN (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı);

Qeyd edək ki, proqramın yerinə yetirilməsində proqram dilinin imkanları və daxili ehtiyatlarından yararlanmaq məqsədilə dilin standart modullarından istifadə edilir. Bu istifadə edilən modulların adları USES sözündən sonra aralarında vergül qoyulmaqla göstərilir. Turbo Paskal dilinin standart modulları aşağıdakılardır:

SYSTEM- Turbo Paskalın bütün standart funksiya və proseduralarını özündə saxlayır. Bu modulu göstərmək lazım deyil, çünki o avtomatik yüklənir.;

CRT- Bu modulun köməyi ilə ekranın mətn rejiminin idarə edilməsinin standart funksiya və proseduraları işçi vəziyyətə gətirilir, adətən bu bütün proqramlarda göstərilir:

PRİNTER- printerə çıxışı təmin edir. Printerə çıxış üçün modul göstərildikdən sonra çıxış proseduru olan WRITE və ya WRİTELN daxilində LST fayl dəyişəni göstərilməlidir. Məsələn x dəyişənini qiymətini çap etmək üçün

WRİTELN (LST, X:8:2);

yazılır. Burada x- həqiqi tiplidir, onun qiymətindəki ümumi rəqəmlərin sayı 8, vergüldən sonrakı rəqəmlərin sayı isə 2-dir.

GRAPH- Ekranın qrafik rejiminin standart prosedura və funksiyalarını özündə saxlayır və qrafik rejimdə işləyərkən onon göstərilməsi məcburidir;

TURBO3 və GRAPH3- Turbo Paskalın əvvəlki versiyaları ilə uyğunlaşmanı təmin edir (uyğun olaraq adi proqram və qrafik rejimlərdə):

DOS- PS DOS (MS DOS) sisteminin proqramlarına çıxışı təmin edir;

OVERLAY- Bu modul proqramlaşdırmada overleylərdən istifadəyə imkan verir. Adətən overleylər iri həcmli proqramlarla işləyərkən lazım olur. Proqram həcmcə iri olduqda yaddaş çatışmamazlığı problemi ilə qarşılaşmaq olar. Əgər OVERLAY modulunun imkanlarından istifadə olunsa proqram yerinə yetirilərkən yalnız əməli yaddaşa proqram daxilində olan və cari vaxtda istifadəsi tələb olunan proqram cağrılır. Ona müraciət qurtardıqda avtomatik olaraq geriyə qaytarılaraq yeni cağrilan funksiya və ya prosedura əməli yaddaşa yüklənir. Beləliklə yaddaş çatışmamazlığı aradan qaldırılır.



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin