keyfiyyətinə təsir göstərən göstəricilər hansılardı. Gecikməni yaradan səbəblər nədir?
Əməliyyat sistemləri ilə əlaqədar gecikmə.
4.Paketlərin təsadüfü vaxt intervalları fərqinin gecikməyə təsiri. Ənənəvi telefon rabitəsində gecikmələrin məhdudlaşdrılması və küy problemi həmişə mövcud olmuşdur. Lakin İP texnologiyasına keçdikdən sonra problem dahada dərinləşmiş palketlərin itməsi və gecikmələrin xarakterinin xaotik olması təmamilə yeni problemlər ortaya çıxarmışdır. Bu problemin həlli böyük çətinliklərlə əlaqədardır. Amma qlobal internet şəbəkə sisteminin sürətli inkişafı İP – telefon rabitəsinin geniş istifadəsinə şərait yaradır. Əbəs deyilki ikinci bir telekommunikasiya texnologiyası göstərmək olmaz ki, o paket kommutasiyası əsasında qurulmuş İP texnologiyaları kimi qısa müddətdə yüksək tempdə inkişaf etsin.
Gecikmə
İP paket kommutasiya şəbəkələrində xidmətin keyfiyyətinə təsir göstərən göstəricilərindən biri paketlərin gecikməsidir. Lakin klassik kanal kommutasiyalı şəbəkə ilə müqayisədə bu gecikmələrin qiymətləri daha geniş diapazona malikdir. Bu halda paketlərin bir birinə nəzərən gecikmə müddətləri təsadüfi xarakter daşıyır. Bu fakt özü -özlüyündə əks – sədanın aradan qaldırmaq üçün problemlər yaradır. Paketlərin gecikməsi dedikdə, iki istifadəçi arasında paketlərin bir nöqtədən digər nöqtəyə ötürülmə müddəti başa düşülür. Paketlərin gecikməsi parametrinin xidmətin keyfiyyət xarakteristikalarına olan təsiri gecikmələri yaradan digər səbəbləri nəzərdən keçirək.