Informasiya paketinin şəbəkədə xidmət olunma müddəti xaotik olub, sabit deyildir.Əgər şəbəkədə istifadəçilər yaratdığı trafik nisbətən az olarsa, onda İP şəbəkəsinin marşrutlayıcıları və kommutatorları trafikə yüksək sürətlə (tezliklə) xidmət edir. Dəqiq desək, şəbəkə bu halda paketlərin ani olaraq emal edir və rabitə xətləri ilə ötürür. Şəbəkənin marşrutlarındakı trafiki nisbətən çox olarsa, onda paket seli növbələrdə uzun müddət gözləməli olur və nəticədə paketlərin qəbul və veriliş müddətləri arasında şəbəkənin yaratdığı vaxt fərqi – gecikmə yaranır. Hətta paketlərin verilmə ardıcıllığı pozularaq paketlər arası vaxt fərqi – jitder yaranır. Gecikmə müddəti çox olduqca, vaxt intervallarının da qiyməti artır.