Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 14. Əks - sədanın (exo) təsiri



Yüklə 0,52 Mb.
səhifə17/55
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103149
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
Mövzu 14.

Əks - sədanın (exo) təsiri

1. Əks-sədanın təsirini aradan qaldırmaq üçün hansı qurğulardan istifadə edilir?

2. Akustik formalı əks-səda qurğuları nəyin hesabına yaradılır?

3. Əks-səda fenomenin özünəməxsus çətinlikləri hansılardır?
Səsin verilişi və qəbulunda əks – səda fonomeni özünəməxsus çətinliklər yaradır, yəni danışan insan müəyyən gecikmə ilə özü öz səsini eşidir. Əgər siqnal peykdən geri qayıdırsa (əks olunmursa), onda eşidən adam özü öz səsini iki dəfə eşidir (ikinci dəfə gecikmiş və zəifləmiş şəkildə öz səsini eşidir.) Əks – səda elektrik və akustik təbiətə malikdir. Məsələn, telefon aparatında istifadə edilən transformator və ya çoxkanallı rəqəm tipli abunəçi komlektində differensial sxemi transformatorun tətbiqi iki abunəçi arasında danışıqda enerji ötürən dövrədən qəbul edən dövrəyə keçməsinin əsasən qarşısını alır. Eyni hadisə İP şəbəkəsində də baş verir. Kabel sərfinə qənaət etmək məqsədi ilə ənənəvi telefon şəbəkəsində abunəçi terminallarını stansiyaya qoşmaq üçün iki naqilli fiziki dövrələrdən istifadə edilir. Bu dövrələrlə giriş və çıxış istiqamətində müstəqil surətdə danışıq (səs) siqnalları verilir. Stansiyalararası rabitədə isə eyni iki naqillə hər iki tərəfə telefon danışığının (səsin) ötürülməsi dövrəsi təşkil edilir. Rəqəm dövrələrində isə differensial sistemin tətbiqi dörd naqildən istifadə edilməklə, giriş və çıxış birləşmələrini bir birindən ayrılır. Bu məqsədlə abunəçi terminallarında çıxış və girişistiqamətlərini ayırmaq üçün differensial sistemlər sadə körpü sxemlərinin vəzifələrini yerinə yetirir. Bu sxemlərin əsas iş prinsipi körpünün qarşı-qarşıya duran çiyinlərin müqavimətlərinin hasillərinin bir-birinə bərabər olmasına əsaslanır. Bu çiyinlərdən iri iki naqilli abunəçi xəttidir. Onun isə şleyf müqaviməti heç vaxt sabit olmayıb, abunəçi xəttinin uzunluğundan asılıdır. Ona görə də differensial sistemdə bu razılaşdırma prosesi əslində 100% alınmır. Bu da öz növbəsində bir hissəsini kosmik peyk rabitə sistemində əks sədanın yaranmasına şərait yaradır. Ona görədə bir çox milli şəbəkələrin rəhbərlərin bu məsələdə hər hansı orta bir qiymət qəbul edirlər. Nəticədə əks-səda gərginliyinin səviyyəsinin yol verilən həddə olur. Əgər səpələnən (yayılan) siqnalın gecikmə müddəti çox deyilsə adi şəbəkə abunəçisi əks-səda effektinin sadəcə olaraq hiss etməyəcəkdir. Əgər siqnalın gecikməsi 15-20 ms olarsa, “boş otaq” effekti alınır. Əgər gecikmə müddəti 20 ms –dən çox olarsa, onda xidmət keyfiyyətinin abunəçi tərəfindən subyektiv üsullaqiymətləndirilməsi artır. Ümumiyyətlə, abunəçi 50 ms-ə qədər gecikmələrə çox da ciddi reaksiya vermir, lakin böyük qiymətlərdə bu çzünü göstərir. Əgər gecikmə müddəti 300 ms-dən çox olarsa, bu dözülməz hal kimi abunəçiyə pis təsir göstərir. Hətta danışıq prosesi belə hallarda tam dayandırıla bilər. Müasir paket kommutasiya metodu ilə qurulmuş İP texnologiyalı şəbəkədə gecikmələr problem olaraq qalır. Daha dəqiq desək, gecikmə İP şəbəkəsinə xas olan xüsusiyyətdir. Ona görə də, gecikmənin yaranması istər-istəməz əks-səda effektinin yaranmasına səbəb olur.

Akustik formalı əks-səda ucadan danışan qurğuları olan terminalların hesabına yaranır. Bu zaman informasiyanın verilişində hansı texnologiyanın tətbiqinin praktiki əhəmiyyəti olmur. Akustik təbiətlli əks-səda uzun müddət davam edə bilər. və çox vaxt bu xoşa gəlməz hisslər yaradır. Məsələn, bir-birinin yanında yerləşmiş terminalların olması şəraitində bu hadisə əsəbləşdirici effekt yaradır. Ona görədə, əks-səda effektinin aradan qaldırılması (azadılması) heç də asan məsələ deyildir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin