Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


b) əks-səda kompensatorları



Yüklə 0,52 Mb.
səhifə19/55
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103149
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
b) əks-səda kompensatorları. Bu, sxeminə görə mürəkkəb qurğu hesab olunur. Onların iş prinsipi əks-səda siqnalını əvvəlcədən modelləşdirmək və sonra – veriliş vaxtı danışıq siqnalının tərkibindən həmin siqnalı çıxmaq prinsipinə əsaslanır.

Əks = səda gərginliyi gecikmiş giriş siqnallarının cəminin orta qiyməti formasında modelləşdirilir, başqa sözlə desək, rabitə kanalının impuls xarakteristikasının təsviri kimi formalaşdırılır. İmpuls - xarakteristikasının qiymətləndirilməsi istifadəçi danışan anda baş verir. Bu vaxt danışığın aktivlik detektorundan (DAD) istifadə edilir. Əks istiqamətdə daxil olan siqnaldan əks-səda siqnalının məhv edilməsi (səviyyəsinin azadılması) əməliyyatı prosesi aparılır (çox zəif siqnalarla verilən əks –səda siqnalının azadılması metodu).

Əks- səda siqnalı xətti funksiya kimi modelləşdirildiyindən, bu siqnalın harmonikalarından yaranan qeyri-xətti siqnallar əks-səda komoensatorunun işinə ciddi surətdə mənfi təsir göstərir. Hazırda daha mürəkkəb alqoritmlərin tətbiqi ilə əks-səda gərginliyinin mənfi təsiri tam surətdə aradan qaldırılır. Bu zaman nəinki gücikmiş siqnallar , hətta tezliklərinə görə fərqlənən siqnalların da mənfi təsiri aradan qaldırılır. Sonuncu effekt yerli şəbəkələrin artıq köhnəlmış çoxkanallı ötürmə sistemlərində baş verir.

Bu növ alqoritmlərin tətbiq edilməsi keçmiş MDB məkanında, o cümlədən ölkəmizin rabitə sistemində özünü doğrultmuşdur. Belə ki, Rusiya istehsalı olan mürəkkəb alqoritmli əks-səda kompensatorları intellektual şəbəkələrdə əks-sədanın ləğv edilməsi üçün müvəffəqiyyətlə istifadə edilir. Məsələn, Protey-İP platformasına əks-sədanın tezliyə görə sürüşməsi faktoru nəzərə alınmaqla, bu tip qurğunun sxemi işlənilmişdir.

Əslində əks-səda kompensatorun kompensatorun yaddaş elementi olmalıdır ki, zamana görə gecikmə müddəti sıfırdan başlamış danışığın sonuna kimi oaln müddət ərzində yaranan əks-səda siqnallarının amplitudasını yadında saxlasın. Bu o deməkdir ki, daha uzun müddətli əks-səda siqnallarının ləğvinə yönəldilmiş əks – səda kompensatorları böyük yaddaşa malik olmalı və istifadə olunan prosessorlarının yük buraxma yüksək olmalıdır. Ona görə də məntiq baxımından əks-səda kompensatorlarını şəbəkənin dialoqda iştirak edən istifadəçilərə yaxın yerdə yerləşdirmək lazımdır.

Deyilənlərdən aydın olur ki, əks – səda kompensatorları əslində İP- telefon şəbəkəsinin şlüzlərinin ayrılmaz elementidir və onların alqoritmləri rəqəm tipli prosessorlarda tətbiq edilən alqoritmlərlə eynidir. Onların köməyilə davam etmə müddəti 32-64 ms olan əks – səda siqnalları ləğv edilir. Ucadan danışan qurğulu terminalların əks – səda kompensatorlarına sərt tələblər irəli sürülür. Akustik maneələrin ləvği problemi İP – telefona aid olmadığından bu barədə əlavə şərhə ehtiyac yoxdur.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin