Mövzu 31
Mərkəzi emal modulu-MEM (CPM)
MEM özü də ASM və CPC platalarından ibarətdir. CPC yüksək məhsuldarlığa malik olan MPU 860 növlü prossesordan istifadə edilməklə qurulmuşdur.
Müxtəlif proqram təminatlarının yüklənməsindən asılı olaraq CPC platası texniki xidmət, qəza siqnallaşması, avadanlığının idarə olunması, mərkəzi verilənlər bazasının idarə olunması və şinlərin idarə olunması funksiyalarını yerinə yetirə bilər.
Mərkəzi kommutasiya sahəsi -MKS (CNET)
Mərkəzi kommutasiya sahəsi periferiya kommutasiya sahəsinin-PKS(SNU) platalarından və mərkəzi kommutasiya sahəsi-MKS(CNU) platalarından təşgil olunmuşdur.Mərkəzi kommutasiya sahəsi 128k TS (zaman intervalı) 128kanalın trafikini kommutasiya etmək imkanına malikdir.
128kx128k kommutasiya matrisası 512 giriş və 512 çıxışlı HW tipli yüksək sürətli xəttlərin kommutasiyasını (qoşulmasını) təmin edir. Hər bir HW xətti 16.384Mbit/s sürətli 256 zaman intervallı kanal kimi işləyir (istifadə edilir). Bu kanal qısa olaraq, çox vaxt, 16M HW adlanır. Rabitə xəttlərini sayını azaltmaq üçün 16 ədəd 16M HW bir ədəd yüksək sürətli optik lifli (HOFL tipli) kanala multipleksləşdirilirlər (yerləşdirilir) ki, bu kanalda da veriliş sürəti 393.2 Mbit/s olur. MKS-in strukturu sxemdə göstərilmişdir.
Kommutasiya sahəsi şəbəkəsinin belə prinsiplə qurulması kanallar arasında zaman intervallarının mübadiləsi zamanı kanalların artıq yüklənməsinin qarşısını alır.
Dostları ilə paylaş: |