Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 40 NGN şəbəkələrində xidmət növlərinin təşkili



Yüklə 0,52 Mb.
səhifə53/55
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103149
1   ...   47   48   49   50   51   52   53   54   55
Mövzu 40

NGN şəbəkələrində xidmət növlərinin təşkili
Hal-hazırda NGN şəbəkələrində istifadə edilən xidmət növlərinin sayı və çeşidləri olduqca müxtəlif olduğundan ümumi halda siniflərə bölünməsi (təsnifatı) mövcud deyildir. Təqdim edilən bu vəsaitdə NGN şəbəkəsinə ayrıca rabitə şəbəkəsi kateqoriyası kimi deyil, mövcud şəbəkələrin yenidən qurulması və inkişafı formasında baxılması şəraitində NGN texnologiyaları çərçivəsində təqdim edilən xidmət növlərini aşağıdakı kimi siniflərə bölmək olar.

  • Baza (əsas) rabitə xidmət növləri. NGN elementindən istifadə etməklə, iki son terminal (adi telefon aparatı ən sadə terminal sayılır) arasında birləşmə üçün nəzərdə tutulan xidmətlər;

  • Əlavə rabitə xidmət növləri. Mövcud EATS-lərin təqdim etdiyi əlavə xidmətlər hamısı NGN-də nəzərə alınır.

  • İntellektual xidmətlər. İntellektual və diskret veriliş şəbəkələri resurslarından istifadə etmək üçün nəzərdə tutulan xidmətlər;

  • İnformasiya sorğu xidmətləri. NGN strukturuna daxil olan diskret informasiya bazaları (verilənləri) haqqında məlumatların təqdim edilməsi;

  • Virtual özəl rabitə şəbəkə xidmətləri. NGN şəbəkə elementindən istifadə etməklə VPN funksiyasının (virtual özəl kanallarının təşkili) təşkilinə əsaslanan xidmətlər;

  • Multimedia xidmətləri. NGN elementi çərçivəsində multimedia xidmətlərinin (genişzolaqlı internet, İP TV, İP video, sürətli Data və s.) təşkilinə və təminatına əsaslanan xidmətlər.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin