Mövzu 25.
Mövcud şəbəkənin NGN tətbiqi ilə
rekonstruksiyası
Təsvir edilən bu variantda nəzərdə tutlurki, ümumi istifadə edilən telefon şəbəkəsi strukturunun tranzit qovşağı ləğv edilərək onun funksiyaları NGN şəbəkə sisteminin tərkibinə daxil ediləcəkdir. Ona görədə fəaliyyətdə olan dayaq şəhər ATS-ləri şlüz avadanlığının köməyilə NGN qovşağına qoşulacaqdır. Təsvir edilən variantın tətbiqi ilə nəqliyyat səviyyəsinin təşkili sxemi şəkil 4.10-da göstərilmişdir. Şəkildən görünür ki, ümumi istifadə edilən telefon şəbəkəsi strukturunun telefon qovşağı tam surətdə NGN qovşağı ilə əvəz edilir. Yəni ümumi istifadə edilən telefon şəbəkəsində tranzit qovşaq ləğv edilərək istismardan çixarılır. Təsvir edilən şəbəkə variantı multiservis şəbəkəsinin yeni nəqliyyat səviyyəsim qurulur. Bu variantın realizə edilməsi kifayət qədər investisiya qoyuluşu tələb edir.
Bu variantda əlavə olaraq aşağıdakı əməliyyatlar həyata keçirilməsi tələb edir:
Mövcud dayaq stansiayların NGN şəbəkəsinə qoşulması üçün şlüz
avadanlıqları quraşdırılır;
lərindən E1 (№7 siqnallaşması ilə) portların şlüz avadanlıqlarına qoşulması üçün optimal fiziki mühit yaradılır. SDH olmayan yerlərdə İP nəqliyyat multipleksorları və siqnal media şlüzləri quraşdırılaraq qarşılıqlı rabitələr təşkil edilir. Bu halda SDH şəbəkəsinin genişləndirilməsinə lüzum qalmır;
qurulması;
Alternativ operatorların şəbəkələrini qoşmaq üçün şlüz avadanlığının
tətbiqi (dayaq ATS-lər səviyyəsində qoşulma istisna edilir);
Çoxlu sayda proqram kommutatorlarının (SX) və ya yükburaxma
qabiliyyəti olan Softswitchin tətbiqi.
Dostları ilə paylaş: |