Ənənəvi rabitə xidmət növləri Ənənəvi rabitə xidmət növləri dedikdə aşağıdakılar nəzərdə tutulur:
Tam və qismən NGN texnologiyasındanistifadə etməklə yerli,
şəhərlərarası və beynəlxalq telefon rabitə xidmət növlərinin təşkili, NGN şəbəkəsində (voice) telefon xidmət növlərini təqdim etmək üçün danışıq siqnalının sıxılması texnologiyasından (mövcud A və ya μ qanunlarına uyğun informasiya daşıyıcı siqnalların amplitudasının sıxılması prosesi) istifadə edilir. Bu halda telefon rabitəsinin xidmətin keyfiyyəti “ən yüksək” və “yüksək” səviyyələrinə uyğun olmalıdır. H. 323 və SİP terminal istifadəçilərinə də əsas telefon xidməti təqdim etmək imkanıqurulmalıdır;
etməklə rabitə seansının təşkili üzrə xidmətlər. Bu xidmət növü telefon və Data şəbəkəsi terminalları arasında təşkil edir. İP şəbəkəsinə qoşulan xidmət növləri bu aid deyildir;
64 Kbit/s veriliş sürətli informasiyaların İSDN BRA texnologiyası ilə verilişi xidməti. Bu xidmət növlərindən İSDN BRA texnologiyası terminal avadanlığına malik abunəçilər istifadə edə bilər.
NGN şəbəkə elementi daxilində əsas xidmət növlərinin təşkilində rabitənin keyfiyyəti və birləşmənin parametrləri İTU-T-nin (beynəlxalq Rabitə İttifaqı) tələblərinə uyğun olmalıdır.