MÖVZU 14
Yolu çəpərləmə qurğuları
Yolu çəpərləmə qurğuları (atıcı başmaqlar və ya yoldəyişənlər) çəpərləmə vəziyyətinə qoyulduğu halda yollardan qatarın və ya hərəkət tərkibinin çıxmasına imkan verməməlidir.
Bu qurğular yol çəpərləmə göstəriciləri ilə təchiz edilməlidir.
MÖVZU 15
Avtomat keçid işarəvericisi və avtomat şlaqbaumlar
Avtomat keçid işarəvericiləri avtomobil yolları tərəfə dayanma işarələri verməyə başlamalı, avtomat şlaqbaumlar isə qatar jkeçidə yaxınlaşanadək keçidi əvvəlcədən nəqliyyat vasitələrindənazad etmək üçün lazımi vaxt ərzində bağlı vəziyyət almalıdır.
Qatar keçidi tamamilə azad edənədək avtomat keçid işarəvericiləri işləməkdə davam etməli, avtomat şlaqbaumlar isə bağlı vəziyyətdə qalmalıdır.
Dostları ilə paylaş: |