MÖVZU 19
Rabitə
Bütün sahələrdə qatar dispetçer rabitəsi, stansiyalararası qatar rabitəsi, stansiya rabitəsi, xətt-yol rabitəsi və yoldəyişmə rabitəsi olmalıdır. Dispetçer mərkəzləşdirilməsi, avtobloklama və bütün elektrikləşdirilmiş sahələrdə enerji dispetçeri və mənzil rabitəsi olmalıdır.
Kabelli rabitə xətti olan sahələrdə İMB və rabitə elektrik mexaniklərinin xidməti rabitəsi olmalıdır.
Bundan başqa ADDY-da magistral, yol, yol sərəncam, bilet-dispetçer, vaqon-dispetçer, manevr dispetçeri, mə'lumat-hesablama,yerli və qatarların hərəkətinə, bilet satışına və xətlərin işinə rəhbərlik üçün digər telefon və teleqraf rabitəsi növləri olmalıdır.
Bütün sahələr qatar radio-rabitəsi ilə təchiz edilməlidir.
Qatar radiorabitəsi qatarların lokomotivlərinin, motorvaqonlu qatarların, özü hərəkət edən xüsusi hərəkət tərkibləri maşinistlərininikitərəfli e'tibarlı rabitəsini tə'min etməlidir:
bütün dispetçer sahəsi ərazisində qatar dispetçeri ilə;
mənzili məhdudlaşdıran stansiyaların növbətçiləri ilə;
bir mənzildə qarşıdan gələn və onun ardınca gedən lokomotivlərin, motorvaqonlu qatarların, özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin maşinistləri ilə;
keçid və depo növbətçiləri ilə;
işarəçilər və tə'mir işinin rəhbərləri ilə;
obyektlərdəki və qatarlardakı hərbiləşdirilmiş mühafizə nişançıları ilə;
maşinist köməkçisi ilə, kabinədən çıxan zaman;
sərnişin qatarının rəisi (briqadir-mexaniki) ilə.
Texnoloji tələblərdən asılı olaraq stansiyalarda stansiya radiorabitəsi, ikitərəfli park rabitə qurğusu və sərnişinləri məlumatlandırmaq üçün rabitə tətbiq edilməlidir.
Stansiya radiorabitə şəbəkələri ikiktərəfli rabitə ilə aşağıda göstərilən məntəqələri tə’min etməlidir:
manevr və təpə radio-rabitəsi, stansiya texnoloji mərkəzlərinin,vaqonların və lokomotivlərin texniki xidmət məntəqələrinin radiorabitələri, vaqonlara kommersiya baxış məntəqələri, konteyner meydançaları, texniki vasitələrə (İMB-yə, rabitəyə, yola, kontakt şəbəkələrinə və s.) xidmət və tə'mir briqadalarının radio-rabitəsi və hərbiləşdirilmiş mühafizə bölmələrinin radio-rabitələri.
İkitərəfli park rabitə qurğusu park daxilində yaxşı eşitməni tə'min etməlidir. Bu qurğular dəmir yolu ərazisindən kənarda səs-küyün çoxalmasına səbəb olmamalıdır.
Qatar və manevr işləri barədə göstərişləri, eləcə də sərnişinlər üçün mə’lumatları vermək üçün tətbiq edilən ikitərəfli park rabitə qurğusu daima qoşulu olmalı, rabitə kanalının fasiləsiz işini tə’min etməli, qoşulu vəziyyətinə nəzarətə malik olmalıdır.
Qatarlarla gərgin xətlərin mənzilərində və stansiyalarında tə’mir işlərinin idarə edilməsi üçün daxili təmir bölmələrinin iş rəhbərləri ilə, iş rəhbərinin lokomotivlərin, özü hərəkət edən xüsusi hərəkət tərkibinin maşinistləri və müvafiq xidmətlərin növbətçi aparatı ilə ikitərəfli e’tibarlı rabitənin tə’mini üçün nəzərdə tutulmuş operativ tə'mir radiorabitəsi tətbiq edilməlidir.
Bu rabitə ilə təchiz edilmiş sahələrin siyahısı ADDY rəisi tərəfindən təsdiq edilir.
Qatar dispetçer və yoldəyişmə rabitələrindən qatarların hərəkəti ilə əlaqədar olmayan danışıqlar üçün istifadə olunması qadağandır.
Dostları ilə paylaş: |