Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 2 Manevr aparılması



Yüklə 50,62 Kb.
səhifə2/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   2   3   4   5   6   7   8   9   ...   40
MÖVZU 2

Manevr aparılması

Stansiya yollarında manevr ancaq bir işçinin - stansiya növbətçisinin, manevr dispetçerinin, çeşidləmə təpəsi və ya parkın növbətçisinin, dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə isə - qatar dispetçerinin göstərişi ilə aparılmalıdır.

Manevr işinə rəhbərlik edən işçilər arasında vəzifə borclarının bölgüsü stansiyanın texniki-sərəncam aktında göstərilir.bike

Manevr işi zamanı göstərişlərin verilməsində əsas vasitə radiorabitə, lazımi hallarda isə ikitərəfli park-rabitə qurğusu olmalıdır.

Manevr işi zamanı əl işarəverici cihazları ilə işarə verilməsinə icazə verilir.

Lokomotivin, özü hərəkət edən xüsusi hərəkət tərkibinin maşinistinə manevr rəhbərindən radiorabitə, ikitərəfli park-rabitə qurğusu və ya əl işarə cihazları vasitəsilə şəxsən göstəriş almayınca lokomotivi və ya özü hərəkət edən xüsusi hərəkət tərkibini hərəkətə gətirmək qadağandır.

Manevrlər aşağıda göstərilən sürətdən çox olmayaraq aparılır:

-60 km/saat - tək lokomotivlərin və sıxılmış hava ilə təchiz edilmiş, eyni zamanda avtomat tormozu yoxlanılmış, arxasına vaqonlar qoşulmuş lokomotivlərin boş yollarla hərəkəti zamanı;

-40 km/saat - arxasına vaqonlar qoşulmuş lokomotivin boş yolla hərəkəti zamanı;

- 25 km/saat - boş yolla vaqonlarla qabağa, eləcə də bərpa və yanğınsöndürən qatarların hərəkəti zamanı;

-15 km/saat - insanlarla dolu vaqonlarla, eləcə də 4-cü, 5-ci və 6-cı dərəcəli yandan və aşağıdan əndazəsiz yüklü vaqonlarla hərəkət zamanı;

-5 km/saat - təkanla manevr zamanı, təpəaltı parklarda açılan vaqonların başqa ayırmaları yaxınlaşması zamanı;

-3 km/saat - lokomotivin (vaqonlarla və ya vaqonsuz) vaqonlara yaxınlaşması zamanı.

Hərəkət tərkibinin vaqon tərəzisində hərəkət sür’əti tərəzinin konstruksiyasından asılıdır və stansiyanın texniki-sərəncam aktında göstərilir.

Təpə svetoforlarının müxtəlif işarələrində hərəkətin təhlükəsizliyini və hərəkət tərkibinin salamatlığını tə'min edən şərti, eləcə də çeşidləmə təpələrindən buraxılan vaqonların sürəti təpənin texniki təchizatından və yerli şəraitdən asılı olaraq ADDY rəisi tərəfindən müəyyənləşdirilir.

Manevr edən lokomotivin hərəkətinə və onun düzgün yerinə yetirilməsinə ancaq bir işçi – manevr rəhbəri (qatar tərtibatçısı) cavabdehdir.

Manevr rəhbərinin vəzifə borcu aşağıdakılardır:

-manevr işi tapşırığını dəqiq və vaxtında yerinə yetirmək;

-manevr işinin aparılmasında iştirak edən bütün işçilərin düzgün yerləşdirilməsini və onların plana əsasən qarşılıqlı fəaliyyətini və manevr işinin hansı üsulla görüləcəyini tə'min etmək;

-qatarları texniki istismar Qaydalarının, ADDY-nun əlaqədar təli matlarının və göstərişlərinin tələblərinə uyğun tərtib etmək;

-manevr işini elə təşkil etmək lazımdır ki, hərəkətin təhlükəsizliyi, manevr işində iştirak edən işçilərin şəxsi təhlükəsizliyi, hərəkət tərkibinin və daşınan yükün saxlanışı tə'min olunsun.

İnsanla tutulu, əndazəsiz və birinci sinifə aid olan yüklə (partlayıcı maddələrlə) dolu vaqonlarla manevr işləri xüsusi ehtiyatliqla aparılmalıdır.

Yollarının inkişıfına, manevr işinin xarakteri və həcminə görə stansiyalardakı yollar manevr rayonlarına bölünür.

Manevr işi aralıq stansiyalarında baş konduktorun və ya onun vəzifəsini yerinə yetirən işçinin rəhbərliyi altında aparıla bilər.

Tərtibatçı briqadası və ya baş konduktor ilə xidmət olunmayan lokomotivin manevr hərəkətinə həmin rayonda manevr etmək hüququ olan işçi və ya onun göstərişi ilə işarəçi (yoldəyişmə postutun növbətçisi) rəhbərlik edir.

Özü hərəkət edən xüsusi hərəkət tərkibinin manevr hərəkəti stansiya yollarında “Qatarların hərəkəti və manevr işinə dair Tə’limat”a əsasən həyata keçirilir.

Manevr zamanı lokomotiv briqadasının vəzifə borcu aşağıdakılardır:

-manevr işi tapşırığını dəqiq yə vaxtında yerinə yetirmək;

-verilən işarələri diqqətlə izləmək, hərəkət haqqında işarələri və göstərişləri dəqiq və vaxtında yerinə yetirmək;

-yollarda olan insanların, yoldəyişənlərin vəziyyətini və hərəkət tərkibinin yerləşməsini diqqətlə izləmək;

-manevrin təhlükəsizliyini və hərəkət tərkibinin salamatlığını təmin etmək.


Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin