MÖVZU 28
Bölmə məntəqələri
Qatarların hərəkəti bölmə məntəqələri ilə məhdudlaşdırlır.Stansiyalar, sovuşma və ötmə məntəqələri, yol postları, avtomat bloklamanın keçid svetoforları, eləcə də sərbəst işarəvermə və rabitə vasitəsi kimi tətbiq edilən avtomat lokomotiv işarəverici bloksahəsinin sərhədi bölmə məntəqələridir.
Stansiyaların sərhədi aşağıdakılardır:
-biryollu sahələrdə - giriş svetoforları;
-ikiyollu sahələrdə ayrılıqda baş yolların bir tərəfindən - giriş svetoforlari; o biri tərəfindən isə axırıncı çıxış yoldəyişənindən 50 m məsafədən az olmayaraq qoyulmuş - "Stansiyanın sərhədi" göstərici nişanı.
İkitərəfli avtomat bloklama ilə təchiz edilmiş ikiyollu sahələrdə, eləcə də qatarları düzgün olmayan yolla qəbul etmək üçün giriş svetoforları qoyulmuş yerlərdə, ayrılıqda hər bir baş yolun giriş svetoforları stansiyanın sərhədidir.
Hər bir bölmə məntəqəsinin, köməkçi postun və sərnişin dayanacağının adı və ya nömrəsi olmalıdır. Ad sərnişin binasının fasadında qatarlar yaxınlaşan hər iki tərəfində, lazım gəldikdə isə eləcə də sərnişin platformasının sonunda qoyulmalıdır. Bundan başqa şəhərətrafı qatarların intensiv hərəkətli sahələrində yerləşən sərnişin dayanacaq məntəqələrində məntəqənin adı sərnişin platforması boyu bir neçə yerdə göstərilməlidir.
Dəmir yolları mənzillərdə baş, stansiya (o cümlədən, stansiyadakı baş yollar) və xüsusi təyinatlı yollara bölünür. Başqa xidmətlərin və təşkilatların ixtiyarına verilmiş stansiya ərazisindəki bütün yollar stansiya rəisinin tabeliyindədir.
Stansiyalarda hər bir yolun, yoldəyişənin, yoldəyişmə postunun və mərkəzləşdirilmiş stansiya postunun, məntəqələrdə isə baş yolların nömrəsi olmalıdır. Bir stansiya ərazisində yollara, yoldəyişənlərə və postlara eyni nömrələrin verilməsi qadağandır. Ayrı-ayrı parkları olan stansiyalarda bir parkın ərazisindəki yollara eyni nömrəni vermək olmaz. Yolların və yoldəyişənlərin nömrələnməsi qaydası ADDY tərəfindən müəyyənləşdirilir.
Dostları ilə paylaş: |