Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 30 Qatarların qəbulu



Yüklə 50,62 Kb.
səhifə32/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
MÖVZU 30

Qatarların qəbulu

Stansiyaya qatarlar, ancaq açıq giriş işarəsi ilə stansiyanın texniki-sərəncam aktında bunun üçün nəzərdə tutulan boş yollara,sərnişin qatarları isə, bundan başqa, avtomat lokomotiv işarəvericiyol qurğusu ilə təchiz edilmiş yola qəbul edilməlidir.

Bu qurğularla təchiz edilmayən yollara sərnişin qatarlaınin qəbulu zamanı hərəkətin təhlükəsizliyini təmin etmə qaydalarını ADDY rəisi müəyyənləşdirir.

Motorvaqonlu qatarların ayrı-ayrı yol sahəlarinə qəbul olunmasına icazə verilən stansiyaların siyahısı, sərnişinlərin ve qatarların hərəkətinin təhlükəsizliyini təmin edən qaydalar ADDY rəisi tərəfindən müəyyənləşdirilir.

Bu stansiyalar üçün müəyyən edilmiş motorvaqonlu qatarların qəbulu qaydalarını tək lokomotivlərin və götürülməyən növlü drezinlərin qəbulunda da tətbiq etməyə icazə verilir.

Lazımi hallarda bərpa və yanğınsöndürən qatarlarınin, köməkçi və vaqonsuz lokomotivlərin, qartəmizləyənlərin, özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin, eləcə də təsərrüfat qatarlarının (mənzili bağlamaqla işləyərkən) stansiya yollarının boş hissəsinə qəbuluna icazə verilir.

Bu qatarların hərəkətin təhlükəsizliyinin təmini "Qatarların hərəkəti və manevr işinə dair Təlimat"la müəyyən edilir.

Stansiya növbətçisinə qatarın qəbulu üçün marşrutun hazırlığına, yoldəyişənlərin bağlılığına, qəbul yolunun boşluğuna və qəbul marşrutunun yoldayişənlərində manevrlərin dayandırılmasına əmin olmadan giriş svetoforunu açmaq qadağandır.

Giriş svetoforunu şəxsən stansiya növbətçisi və ya onun göstərişi ilə mərkəzləşdirilmiş postun operatoru, dispetçer mərkəzləşdirilməsi ile təchiz edilmiş sahələrdə isə qatar dispetçeri açır.

Giriş svetoforunun qadağanedici göstəricisində və ya onun əsas işiqlarınin sönmə halında qatarın stansiyaya qəbuluna yol verilmir. Giriş svetoforunun qadağanedici göstəricisində və ya əsas işiqlarının sönmə halında qatar stansiyaya dəvətedici işarə ilə və yalnız müstesna hallarda Qatarların hərəkəti və manevr işinə dairTəlimatda nəzərdə tutulmuş qaydaya əsasən stansiya növbətçisininxüsusi icazəsi ilə qəbul edilə bilər.

Qatarı stansiyaya dəvətedici işarə və ya stansiya növbətçisininxüsusi icazəsi ilə qəbul edərkən hərəkət sürəti 20 km/saatdan çoxolmamalıdır, bununla yanaşı maşinist qatarı xüsusi sayıqlıqla idarəetməli və sonrakı hərəkət üçün maneə ilə qarşılaşarsa, qatarı dərhaldayandırmağa hazır olmalıdır.

Stansiya növbətçisi, dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçeri qatarı qəbul etməzdən əvvəl borcludur:

qatarın qəbul yolunun boşluğuna əmin olmağa;

qatarın qəbul yoluna və qəbul marşrutuna çıxan manevrləri dayandırmağa;

qatara qəbul marşrutu hazırlamağa;

tip giriş svetoforunu açmağa.

Stansiya növbətçisinin və qatar dispetçerinin qatarların qəbulu ilə əlaqədar əməliyyatları yerinə yetirməsi qaydaları “Qatarların hərəkəti və manevr işinə dair Təlimat”la müəyyənləşdirilir.

Stansiyaya çatan qatarlar qəbul yolunun çıxış işarəsi ilə hüdud sütuncuğu arasında, çıxış işarəsi olmadıqda isə hüdud sütuncuqları arasında dayandırılmalıdır.

Əgər qatarın sonu (quyruğu) hüdud sütuncuğunun arxasında qalarsa, yoldəyişmə postunun növbətçisi və ya işarəverici dərhal bu barədə stansiya növbətçisinə xəbər verməli, o, isə qatarın qəbul yolunun faydalı uzunluğunda yerləşdirilməsi üçün tədbir görməlidir.

Stansiya növbətçisi stansiyaya daxil olan hər bir qatarı onun vəziyyətini, qatar işarələrinin olub-olmamasını və göstəricilərinin düzgünlüyünü izləməklə qarşılayır.

Qatarların qəbul yolları uzaqda yerləşən və ya yerli şəraitə görə stansiya növbətçisi tərəfindən qatarların qarşılanması mümkünolmayan stansiyalarda, onları işarəçilər və ya yoldəyişmə postununnövbətçiləri qarşılamalıdırlar.

Sərnişin, poçt-baqaj, tərkibində insanla tutulu vaqonu olan və ya yük-sərnişin qatarları stansiyaya çatdıqdan sonra stansiya növbətçisi,dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə isə qatardispetçeri bu qatarların stansiyanın texniki-sərəncam aktında nəzərdə tutulan bu qatarların hərəkətinin təhlükəsizliyinin tə’mininə yönəldilmiş lazımi tədbirləri görməlidir.

Stansiya növbətçisi hər bir qatarın faktiki gəlmə və keçmə vaxtının, onun nömrəsinin qatarların hərəkət jurnalında qeyd edilməsini və qatarı göndərdiyi qonşu stansiyanın növbətçisinə və qatar dispetçerinə dərhal mə'lumat verilməsini, bundan başqa müvafiq mə’lumatların avtomatlaşdırılmış idarəetmə sisteminə verilməsini tə'min etməlidir.

İntensiv hərəkətli sahələrdə qatarların stansiyaya çatması və göndərilməsi barədə mə'lumatların verilməsi qaydası “Qatarların hərəkəti və manevr işinə dair Tə’limat”la müəyyənləşdirilir.




Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin