MÖVZU 31
Qatarların hərəkəti zamanı işarəvermə və əlaqə vasitələri
Qatarların hərəkəti zamanı avtomat və yarımavtomat yol bloklamaları işarəvermə və əlaqənin əsas vasitələridir.
Bir istiqamətdə avtobloklama ilə təchiz edilmiş ikiyollu və çoxyollu mənzillərdə ikitərəfli hərəkəti təşkil etmə zamanı əks istiqamətdə (düzgün olmayan yolla) qatarların hərəkəti lokomotiv svetoforunun işarəvericisi ilə yerinə yetirilə bilər.
Avtomat lokomotiv işarəvericisi bə’zi sahələrdə sərbəst işarəvermə və əlaqə vasitəsi kimi də tətbiq edilə bilər.
Azfəaliyyətli sahələrdə və dalan yollarında qatarların hərəkəti zamanı əlaqə vasitəsi kimi elektrojezl sistemi və telefondan istifadə edilməsinə yol verilir.
Müstəsna şəraitlərdə ADDY-nun göstərişi ilə qatarların vaxt ayrılığı (interval) ilə göndərilməsinə yol verilir.Stansiyalararası mənzilin hər bir yolunda eyni zamanda bir işarəvermə və əlaqə vasitəsi işləyə bilər.
Sərbəst işarəvermə və əlaqə vasitəsi kimi tətbiq edilən avtomat lokomotiv işarəvericisi zamanı:
çıxış svetoforunun icazəverici göstəricisi birinci blok-sahəni tutmağa icazədir;
lokomotiv svetoforunun icazəverici göstəricisi növbəti blok sahəni tutmağa icazədir.
Bütün işarəvermə və əlaqə vasitələrinin işinin fasiləsi zamanı qatarların hərəkəti biryollu sahələrdə yazılı bildiriş vasitəsilə, iki yollu sahələrdə isə stansiyalararası mənzili qatarla getməsinə lazım olan vaxt ayrılığı ilə yerinə yetirilir.
Bütün işarəvermə və əlaqə vasitələrinin işinin fasiləsi zamanı qatarların hərəkətinin təşkili qaydaları “Qatarların hərəkəti və manevr işinə dair Tə’limat”la müəyyənləşdirilir.
Dostları ilə paylaş: |