Mövzu 1 Yoldəyişənlərin istismarı


Tərkibində PM yüklü vaqonlar olan qatarların hərəkəti



Yüklə 50,62 Kb.
səhifə39/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   ...   32   33   34   35   36   37   38   39   40
Tərkibində PM yüklü vaqonlar olan qatarların hərəkəti

Tərkibində PM yüklü vaqonlar olan qatarların sahələrdə maneəsiz və təhlükəsiz hərəkətini tə'min edən tədbirləri yerinə yetirərkən qatar dispetçeri, stansiya növbətçiləri bu qatarların hərəkətini daimi nəzarət altında saxlamalıdırlar.

Tərkibində PM yüklənmiş vaqonlar olan tranzit qatarların iri dəmir yolu qovşaqlarına girmədən buraxılma qaydasini ADY müəyyənləşdirir.

Tərtibat stansiyasının növbətçisi tərkibində PM yüklü vaqonlar olan qatarın göndəriləcəyi gözlənildikdə, bu barədə qatar dispetçerinə əvvəlcədən xəbər verir. "PM" hərfləri olan qatarın nömrəsi qatarların hərəkət jurnalında, icra edilmiş hərəkət qrafikində, lokomotivin maşinistinə verilən yazılı icazəvericilərdə və xəbərdarlıqlarda,natura vərəqələrində və qatarların qəbulu və göndərilməsi ilə bağlı olan digər sənədlərdə də yazılmalıdır.

PM yüklü vaqonlarla iş qaydası haqda yerli Təlimata uyğun olaraq stansiya növbətçisi PM yüklü qatarın gəlməsinin gözlənildiyi barədə texniki xidmət və kommersiya baxış məntəqələrini, ADY-nun hərbiləşdirilmiş mühafizə dəstəsi işçilərini, qatarın qəbulunu və PM yüklü vaqonların yola salinmasını yerinə yetirən digər işçiləri xəbərdar etməlidir.

PM yüklü vaqonları olan qatarların aralıq stansiyalarında lokomotivsiz qoyulmasına yol verilmir.

"Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”na uyğun olaraq tərkibində PM yüklü vaqonları olan qatarın aralıq stansiyasında müvəqqəti lokomotivsiz saxlanmasının mümkünlüyü yükün mənsubiyyətindən (aidiyyətindən) asılı olaraq aşağıdakılarla razılaşdırılmalıdır:

Əgər yük Müdafiə Nazirliyinə məxsusdursa - dəmir yolu sahəsi və stansiyalarının hərbi komendantları ilə;

Əgər yük Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, həmçinin Daxili İşlər Nazirliyinin daxili qoşunlar qarovul dəstələrinin mühafizə etdiyi başqa nazirliklərə, idarələrə, təşkilatlara məxsusdursa - DİN-in xüsusi daşıma şöbəsi ilə.

Qatarda ADDY-nun hərbiləşdirilmiş mühafizə işçisi tərəfindən mühafizə edilən PM yüklü vaqonlar olduqda, qatar dispetçeri sahəsində yerləşən yaxınlıqdakı hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisini bu barədə xəbərdar edir.

PM yüklü qatarlara və vaqonlara texniki xidmət göstərilməsi və kommersiya baxışının keçirilməsi qaydaları ADY tərəfindən müəyyənləşdirilir.


Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin