MÖVZU 17
Dispetçer mərkəzləşdirilməsi
Dispetçer mərkəzləşdirilmə qurğuları aşağıda göstərilənləri tə'min etmelidir:
bir sıra stansiya və mənzillərin yoldəyişənlərinin və işarələrinin bir məntəqədən idarə olunmasını;
idarəetmə aparatında yoldəyişənlərin vəziyyətinə və tutulmasına,mənzillərin, stansiyaların və ona bitişik olan blok-sahələrin tutulmasina, eləcə də giriş, marşrut və çıxış svetoforlarının göstəricilərinintəkrarlanmasına nəzarəti;
qatarların qəbulu, göndərilməsi və manevr aparılması üçün stansiyanın yoldəyişənlərinin və işarəvericilərinin ehtiyat idarəetməyə keçirilməsi və ya manevr işinin aparılması üçün yoldəyişənlərin yerli idarəetməyə keçirilməsi imkanını;
qatarların hərəkətinin icra olunmuş qrafikinin avtomatik qeydiyyatını;
elektrik mərkəzləşdirilməsinə, avtomat bloklamaya və sərbəst işarəvermə və əlaqə vasitəsi kimi tətbiq edilən avtomat lokomotiv işarəvericisinə təqdim edilmiş tələblərin yerinə yetirilməsini.
Dispetçer mərkəzləşdirilməsinin yeni sistemləri blok-sahələrin yanlış tutulması halında qatar dispetçerinə hərəkətin istiqamətini dəyişmək imkanını tə'min etməlidir.
Dostları ilə paylaş: |