İMB və rabitə xətləri
İMB hava xətləri məftillərinin alçaq nöqtəsi ilə yer arasındakı məsafə mənzillərdə 2,5 m-dən, stansiyalarda 3,0 m-dən, avtomobil yolları ilə kəsişmələrdə 5,5 m-dən (mövcud xətlərdə onlar yenidən qurulanadək 4,5 m məsafə saxlamağa icazə verilir) az olmamalıdır.
Dəmir yol xətlərində kəsişmələr zamanı İMB və rabitə hava xətləri məftillərinin alçaq nöqtəsindən relsin başlığınadək olan məsafə
ən azı 7,5 m olmalıdır.
Elektrikləşdirilmiş dəmir yolunun İMB və rabitə hava xətləri ilə kəsişməsinə icazə verilmir. Belə kəsişmələr yeraltı kabellə yerinə yetirilir.
İMB və rabitə xətləri zədələndikdə onlar aşağıdakı növbəliklə bərpa olunur:
qatar dispetçer rabitəsinin məftilləri;
yol bloklama, enerji dispetçer rabitəsi, elektrik jezl sistemi, stansiyalararası qatar və yoldəyişmə rabitələrinin məftilləri;
elektrik təchizatı qurğularının tele-idarəetmə məftilləri;
magistral rabitə məftilləri;
İMB və rabitənin qalan məftilləri.
İMB və rabitənin tikili və qurğuları maneə və təhlükə yaradan darti cərəyanlarının, elektrik ötürmə xətlərinin və ildırım çaxmanın təsirindən qorunmalıdır.
Dostları ilə paylaş: |