Mövzu 1 Yoldəyişənlərin istismarı


Tikili və qurğulara baxış və onların təmiri



Yüklə 50,62 Kb.
səhifə22/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
Tikili və qurğulara baxış və onların təmiri

Tikililərə, qurğulara və xidməti-texniki binalara baxış bilavasitə xidmət edən işçilər, eləcə də bu tikili və qurğuların təbeçiliyində olduğu stansiya, depo, distansiya və sahələrin rəisləri tərəfindən uyğun əsasnamə və təlimatlarda müəyyən edilmiş vaxtda və qaydada aparılmalıdır.

Bundan başqa baş və qəbul-göndərmə yollarındakı yoldəyişənlərə ayda bir dəfədən az olmayaraq stansiya rəisi, yol ustası və IMB-ni elektrik mexaniki ilə birlikdə baxış keçirməlidir.

Baxışın nəticələri və aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər, eləcə də nasazlıqların düzəldilmə müddəti və nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi xüsusi

jurnala yazılmalıdır.

ADY-nun birliklərinin (xidmətlərinin), və hissəsinin rəisləri və xətt müəssisələrinin rəhbərləri tabeçiliyində olan bölmələrdəki təsərrüfatların vəziyyətini, əmək və istehsalat intizamına riayət olunmasını müntəzəm olaraq yoxlamalı, bütün qurğu və tikililərin saz saxlanmasına təminat verən iş texnologiyasına, hərəkətin təhlükəsizliyinə və təhlükəsizlik texnikası qaydalarına əməl olunması üçün lazımi tədbirlər görməlidirlər. Tikililərə, qurğulara, xidməti-texniki binalara belə baxış-yoxlamalarının aparılması qaydasını və onların dövriliyini ADDY rəisi müəyyənləşdirir.

Baxış yoxlamaları bilavasitə Yol rəisi tərəfindən ildə bir dəfə Yolun hissə rəisi tərəfindən isə ildə iki dəfə aparılır, ADY-nun tərkibində dəmir yol hissəsinin olmadığı halda Yol rəisinin təsdiq etdiyi cədvəl üzrə Yol rəisinin birinci müavini və ya Yolun Baş mühəndisinin apardığı baxış ildə iki dəfədən az olmamalıdır.


Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin