Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə23/50
tarix01.01.2022
ölçüsü109 Kb.
#107259
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
9-cu müh sonra Office Word (2)

3. Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı.

Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur. Rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.

1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. 1860-cı ildə Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilmişdir. 1900-cu ildən Bakı-Dərbənd arasında poçtun dəmir yolu ilə daşınmasına başlanmışıdır. 1918-ci ildə mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. ADR yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görmüşdür. 1919-cu ildə martın 1-də Azərbaycan Teleqraf agentliyi təsis olunmuşdur. 1953-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılmışdır.

1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, respublikanın digər bölgələrini də əhatə etmişdir. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilmiş, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılmış, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılmışdır.

1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Baksell”, Türkiyə rabitəçiləri ilə “Azərsell” və digər birgə müəssisələr yaradılmışdır.

Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.

2005-ci il iyun ayının 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2017-ci il Sərəncamı ilə dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır.

Qısa bir zamanda İKT sektorunun inkişafı üçün zəruri olan “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “Poçt rabitəsi haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Telekommunikasiya haqqında” zəruri qanunlar qəbul edilmişdir. Sahə üzrə son 3 ildə gəlirlərin artım tempi 35-40 % təşkil edərək ümumdünya orta göstəricisini təqribən 2-3 dəfə qabaqlayır. Bu sahəyə birbaşa investisiya qoyuluşu ildə təxminən 130-150 mln. ABŞ dolları həcmində olur və bunun da 11-12 %-ini xarici investisiyalar təşkil edir.

Ümumiyyətlə, yaxın perspektivdə telekommunikasiya sektorunun modern­ləşdirilməsi, yeni texnologiyaların tətbiqi, o cümlədən kabel televiziyasının, yüksək sürətli İnternetin və geniş zolaqlı xidmətlərin, informasiya infrastrukturlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq mövcud ATS-lərin elektronlaşdırılması və yeni nəsil texnologiyalar əsasında yeni ATS-lərin tikilməsi sürətlə gedir. Hazırda Respublikada 10000-ə qədər abunəçi geniş zolaqlı rabitə xidmətindən, o cümlədən bir xətt üzərində eyni zamanda həm telefon, həm yüksək sürətli İnternet və həm də televiziya xidmətlərindən istifadə edirlər.

İKT-nın 2008-2011-ci illərdə qəbul edilmiş inkişaf strategiyasına əsasən aşağıdakılar tələb olunur:

● ölkədə vahid informasiya zonası yaratmaq;

● ölkənin informasiya təhlükəsizliyini təmin etmək;

● iqtisadi, sosial və intellektual potensialı gücləndirmək;

● tələb olunan təşkilati, texnoloji və hüquqi mühit yaratmaq;

● mülkiyyət formasından asılı olmayaraq bütün sahələr üçün bərabər imkanlar yaratmaq;

● ölkəni bütövlüklə dünya birliyinə inteqrasiya etdirmək;



Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin