Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə45/50
tarix01.01.2022
ölçüsü109 Kb.
#107259
1   ...   42   43   44   45   46   47   48   49   50
9-cu müh sonra Office Word (2)

Beynəlxalq Valyuta Fondu (BVF). Məlum olduğu kimi 1944-cü ildə Bretton-Buds konfransının qərarı ilə yaradılmış Beynəlxalq Valyuta Fondunun əsas funksiyası açıq dünya iqtisadiyyatında valyuta sabitliyinin təmin olunmasıdır. 70-ci illərdə sərbəst dəyişən valyuta sisteminə keçildikdən sonra onun funksiyaları transformasiya etmişdir. Müasir mərhələdə onun başlıca vəzifələrindən biri inkişaf etməkdə olan ölkələrdə struktur dəyişikliklərinin və keçid iqtisadiyyatı ölkələrinin beynəlxalq valyuta sistemi ilə inteqrasiyasının tənzimlənməsi təşkil edir.

Respublikamız 1992-ci il sentyabr ayının 18-də, BVF-nun üzvü olmuşdur.

Məlum olduğu kimi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunmasının mühüm vasitələrindən biri Azərbaycanın iqtisadi təsisatlarında islahatların aparılmasıdır. Bu məsələdə BVF respublikmıza hərtərəfli yardım edir, tövsiyələr verir. Eyni zamanda, digər məsələlərlə yanaşı, ona Neft Fondunun vəsaitlərinin idarə edilməsi üzrə qanunvericilik bazasını gücləndirmək və makroiqtisadi sabitliyin qorunub saxlanılmasını təmin etmək ücün əlavə tədbirlər görməyi tövsiyyə edir.

Dünya Bankı.-1944-cü ildə Bretton-Vuds Konfransında yaradılmış Yenidənqurma və İnkişaf bankı ilə əlaqələrin səmərəli təşkili üçün onun fəaliyyə­tinin bir sıra spesifik cəhətləri nəzərə alınmalıdır. ABŞ-ın strateji məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayan Dünya Bankının tarixi inkişaf etməkdə olan və sonralar da keçid iqtisadiyyatı ölkələrinin inkişafı layihəsi ilə sıx bağlıdır. Onun dəstəyi ilə beynəlxalq maliyyə və kredit təşkilatlarının böyükmiqyaslı maliyyə vəsaitləri üçüncü dünya ölkələrinin ehtiyaclarının ödənilməsinə yönəldilir.

Lakin bankın əsas qlobal strategiyası yoxsulluq problemi ilə əlaqədardır. Tədqiqatçıların nəzərindən o da qaçmır ki, bank ABŞ və müttəfiqlərini dəstəkləyən rejimlərə daha çox yardım edir.

Beləliklə, mürəkkəb qloballaşma prosesində beynəlxalq iqtisadi təşkilatların ziddiyətli xarakterinə baxmayaraq Azərbaycan höküməti tarazlaşdırılmış siyasət yeridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13. 11. 2007-ci ildə qeyd etmişdir: “Azərbaycan iqtisadiyyatı demək olar ki, tam şəkildə müasir metodlarla idarə olunur. Biz özümüzü həm siyasi cəhətdən, həm də iqtisadi cəhətdən dünyaya inteqrasiya edirik. Beynəlxalq təşkilatlarla uğurlu və qarşılıqlı maraq əsasında əməkdaşlıq edirik”


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin