Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


-Bakı-Tbilisi-Ceyhan neft kəməri -



Yüklə 109 Kb.
səhifə9/50
tarix01.01.2022
ölçüsü109 Kb.
#107259
1   ...   5   6   7   8   9   10   11   12   ...   50
9-cu müh sonra Office Word (2)

-Bakı-Tbilisi-Ceyhan neft kəməri -Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün karbohidrogen ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində milli maraqları nəzərdə tutan konseptual yanaşmanı təmin etmək üçün 1990-cı illərin əvvələrindən başlayaraq tarixi işləri həyata keçirmişdir. Bu baxımdan 1994-cü ildə sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” mühüm əhəmiyyət kəsb edir. Bu müqaviləyə əsasən ölkəmizdə iri neft yataqlarının işlənməsi və hasilatı nəzərdə tutulmuşdur. Lakin nefti istehsal etməklə yanaşı, onun dünya bazarlarına səmərəli nəqli də mühüm əhəmiyyət daşıyırdı. Məhz bu amil Azərbaycanın öz neftinin təhlükəsiz nəqli üçün beynəlxalq əhəmiyyətli kəmərlərin tikintisi üzrə təşəbbüslərlə çıxış etməsini zəruri edirdi. Belə bir şəraitdə Azərbaycan ilk növbədə strateji müttəfiqləri və qonşu ölkələri olan Türkiyə və Gürcüstanı da bu proseslərə cəlb etmişdir.

Artıq 1990-cı illərin əvvələrində Dövlət Neft Şirkəti ilə dünyanın digər iri şirkət və kompaniyaları arasında bu istiqamətdə danışıqlar başladı. Bununla belə bu proseslər əsasən 1999-cu ilin sonlarında intensivləşməyə başladı. 1998-ci ilin oktyabr ayında ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan arasında Ankara bəyannaməsi imzalandı. Bununla da Bakı-Ceyhan boru xəttinə ilk beynəlxalq səviyyəli güclü dəstək verildi.




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin