Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı



Yüklə 109 Kb.
səhifə33/50
tarix01.01.2022
ölçüsü109 Kb.
#107259
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
9-cu müh sonra Office Word (2)

4.İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı
Azərbaycan ordusunun Ermənistanın işğalından azad etdiyi ərazilərin bir qismi turizmin inkişafı baxımından böyük perspektivə malikdir. Söhbət hələ SSRİ dövründən turistlər arasında populyar olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam rayonlarından gedir. Ölkəmizin ərazi bütovlüyü bərpa edildikdən sonra adı çəkilən bölgələr yenidən turizm məkanına çevriləcək.

  Qarabağ ərazisinin relyefinə, təbii ehtiyatlarına və tarixi abidələrinə görə seçilir. Qeyd edibki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra həmin ərazilər dünyada turizm bölgələri olaraq tanıdılmalıdır:

"Sovet dövründə ən çox üz tutulan məkan həmin bölgələr idi. Belə ki, Şuşada çoxlu sayda sanatoriyalar yerləşirdi. Bununla yanaşı, pioner düşərgələri də var idi. 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi”.

2013-cü ildə Azərbaycanın bir sıra turizm yerlərinin təqdimatı keçirilən zaman Qarabağ da həmin təqdimatlar sırasına əlavə edilmişdi . Bu, çox gözəl addım idi. Azərbaycanın bu bölgəsinin də dünyada daha yaxşı tanıdılmasına ehtiyac var. Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdikdən sonra həmin bölgələrə axın olacaq. Xalqımızın Qarabağa və ətraf rayonlara marağı həddindən artıq çoxdur. Bu isə daxili turizmin inkişafına səbəb olacaq. Təəssüf ki, ermənilər Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirəndə tarixi abidələri məhv ediblər .

Qarabağ zonası Azərbaycann mədəniyyət mərkəzi, milli mədəniyyətin beşiyi hesab eilir.

Orada əsasən ekoturizmi inkişaf etdirmək üçün gözəl şərait mövcuddur.


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin