3. Ətraf mühitin qorunması yolları.
Son illər ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində böyük layihələr həyata keçirilir. Ekoloji vəziyyətin sağlamlaşdırılması üçün həyata keçirilən bu layihələr su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi sahələrinə yönəldilmişdir.
Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Dövlət başçısının sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilib. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapmışdır. Sənədə əsasən Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir.“Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Azərbaycan, həmçinin, meşələrlə bağlı qiymətləndirmədə hər 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında birinci yeri tutub. Ötən il də ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir
Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı
sosialiqtisadi inkişafa nail olmaqdır.
Biomüxtəlifliyin qorunması, yanacaq -enerji kompleksinin ətraf mühitə
mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının
çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin
bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri
tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.
Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq
sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının
çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan
səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaqdır.
Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun
milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.
Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid
ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin
miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə
müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır. Xammala qənaət, təbii sərvətlərdən
zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və
ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir.
Tullantıların idarə edilməsi sahəsində mütərəqqi üsullardan istifadə olunacaq,
sənaye və məişət tullantılarının təkrar emalı üçün müəssisələr yaradılacaqdır.
Daşqın və subasma ilə bağlı fövqəladə halların baş verə biləcəyi zonalar
müəyyənləşdiriləcək, müvafiq qurumların istifadəsi üçün mütəmadi olaraq
proqnozlar tərtib ediləcəkdir.
Torpaq ehtiyatlarının səmərəli idarə olunması məqsədi ilə səhralaşma
proseslərinin qarşısının alınması, iri - sənaye və dağ-mədən obyektlərinin
fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası, kənd
təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi
sahəsində görülən işlər genişləndiriləcək, torpaqların antropogen
çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər həyata
keçiriləcəkdir.
Son on ildə Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi nisbətən
artmışdır. Urbanizasiya meylinin növbəti - illərdə də davam edəcəyi
gözlənilir ki, bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı qarşıya
yeni - yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində həm dövlət, həm
də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq işləri və iqtisadiyyatın bütün
sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlər zamanı ətraf mühitin
mühafizəsi tələbləri ön planda olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr
ərzində mənzil-kommunal təsərrüfatı sahəsində köklü islahatlar aparılacaq,
ölkə əhalisinin su xidmətlərindən və bütün bunlarla yanaşı, ətraf mühitin
mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğun
təkmilləşdirilməsi, səmərəli monitorinq və nəzarət mexanizmlərinin
yaradılması yönündə əməli addımlar atılacaqdır.
Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma
fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcəkdir.
Mövzu 13. Azərbaycanın Beynəlxalq maliyyə- iqtisadi təşkilatları ilə əlaqələri
Plan:
1.Beynəlxalq maliyyə-iqtisadi təşkilatları ilə əlaqələrə ümumi baxış
2. Müstəqil Dövlətlər Birliyi
3.Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
4.Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat GUAM-GUUAM
5. İqtisadi Əməkdaşlıq Təşkilatı
6 İslam Konfransı Təşkilatı
7. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası
8.Azərbaycanın Avropa Birliyi ilə münasibətləri
Dostları ilə paylaş: |