Mövzu: 10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri. I mövzu: Layihə nədir?



Yüklə 49,21 Kb.
səhifə6/11
tarix23.06.2023
ölçüsü49,21 Kb.
#128373
1   2   3   4   5   6   7   8   9   10   11
M?vzu 10. Layih? v? layih?nin idar? edilm?sinin ?sas anlay??lar

6. Hesabat üzrə tələblər 
6.1. Ümumi təhsil müəssisələri və fərdi layihələr kateqoriyaları üzrə layihələrin icrası başa çatdıqdan sonra 30 gündən gec olmayaraq, müvafiq icra və maliyyə hesabatları təsdiqləyici sənədlərlə birlikdə Təşkilat Komitəsinə təqdim edilir.
6.2. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Azərbaycan Respublikası Təhsil Nazirliyinin hesabına qaytarılır.
6.3. Hesabatlar yoxlanıldıqdan sonra Təşkilat Komitəsi tərəfindən təsdiq edilir və bu barədə resipiyent yazılı surətdə məlumatlandırılır.
6.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntular aşkar edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirir.
2. Təhsil Nazirliyinin Qrant Proqramının təhlili.
- Təhsil bütün dövrlərdə dövlətlərin və millətlərin, müdriklərin və ziyalıların çox böyük önəm verdiyi bir sahə olmuşdur. Elə buna görədir ki, dünyanın böyük şəxsiyyətləri, siyasətçiləri tərəfindən zaman - zaman təhsil barəsində dəyərli fikirlər söylənilmişdir. Bu fikirlərdən biri də ulu öndərimiz Heydər Əliyev tərəfindən deyilmişdir - “Təhsil millətin gələcəyidir”. Xüsusi fəlsəfəsi və dərin məna yükü olan və ilk baxışda sadə görünən bu fikir təhsilin əsl mahiyyətini açmaqla, onun hər bir xalqın, millətin və dövlətin həyatındakı rolu və yerini dəqiqliklə göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Qara qızılı insan kapitalına cevirək” fikirlərini sələndirməklə təhsilin dövlətin üstün fəaliyyət sahəsi olduğunu, Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyini əməli fəaliyyətlə göstərmişdir. Hər bir vətəndaşın keyfiyyətli bilik və bacarıqlar əldə etməsi prosesi olan təhsildə müəllimin mühüm yeri vardır. Texnologiyalar nə qədər inkişaf etsə də, mükəmməlləşsə də, təlim-tərbiyə prosesində müəllim yenə vacib sima olaraq qalmaqdadır. Elə buna görədir ki, ölkəmizdə müəllimlərin səriştələrinin yüksəldilməsi, peşəkarlıqlarının artırılması istiqamətində mühüm işlər görülür. Məhz bu məqsədlə cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq təhsil sisteminin müxtəlif sferaları üzrə çoxlu sayda tədbirlər və inkişafyönümlü fəaliyyətlər həyata keçirilmişdir. Strategiyadan irəli gələn vəzifələrin icra edilməsi yolunda icra olunan ən uğurlu fəaliyyətlərdən biri də, 2017/2018-ci tədris ilindən başlayaraq həyata keçirilən, pedaqoji işçilərin innovativ təşəbbüs və ideyalarının reallaşdırılmasına hesablanmış, təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarının icra edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 avqust–10 sentyabr 2017-ci il tarixləri arasında ölkədə ilk dəfə olaraq “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi” elan edilmişdir. I Qrant müsabiqəsi çərçivəsində müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, məktəb-icma(valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili, ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi, şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili, psixoloji xidmətin təşkili və effektivliyinin artırılması, məktəblərarası əməkdaşlığın inkişafı kimi sahələr prioritet istiqamətlər olaraq seçilmişdir.
Artıq bir neçə ildir ki, (2022-2023-cü tədris ilində VI qrant müsabiqə oldu) Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkədə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edir.
Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər, ümumi təhsil pilləsində təhsilin inkişafına yönəlik tədbirləri əhatə etməklə əsas benefisiarları müəllimlər, şagirdlər və valideynlər olmuşdur. Müsabiqədə məzmun, tədris və qiymətləndirmə ilə bağlı müxtəlif innovativ ideyalar sınaqdan keçirilmiş, müsbət təcrübələr müəyyənləşdirilmişdir. Layihələr üzrə görülən işlər Təhsil Nazirliyi tərəfindən mütamadi olaraq monitorinq edilmiş, icra prosesində yaranan məsələlərlə bağlı icraçılara məsləhətlər verilmişdir. Bütün icra olunan layihələrin hesabatları sonda Təhsil Nazirliyinə təqdim edilmişdir. Qrant mexanizmi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nəzərdə tutulmuş hədəflərə çatmaq istiqamətində çevik alət olmaqla yanaşı, dövlətin maliyyə vəsaitlərindən daha səmərəli istifadəni də təmin edir. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən müsabiqənin nəticəsində yaradılan tədris resursları, medotik vəsaitlər, elektron resurslar müsabiqədən sonra da təhsil işçiləri tərəfindən istifadə edilməkdədir. Layihələrin bəziləri pilot mərhələdən çıxaraq artıq bir neçə təhsil müəssisəsində effektiv vasitə kimi icra olunur. Müsabiqələr, eyni zamanda, Azərbaycan məktəblərinin və müəllimlərinin innovativ ideyaların yaradılması və tətbiqində maraqlı və fəal olduqlarını bir daha göstərdi. Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərdə, ümumi təhsil müəssisələri, şagirdlər, müəllimlər və valideynlər faydalanır. Göründüyü kimi qrant müsabiqələr pedaqoji ictimaiyyətin böyük marağına səbəb olur. Ona görə də hər il müsabiqədə iştirak edənlərin sayı artır.
Müsabiqə zamanı təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması mövzusunda təqdim ediləcək layihələrdə öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinin tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkilinə dair məsələlər əhatə olunur. Məsələn, sonuncu, VI qrant müsabiqə də hər il olduğu kimi 2 kateqoriya üzrə keçirilirdi:
1. “Ümumi təhsil müəssisələri” kateqoriyası;
2. “Fərdi” kateqoriya.
Əvvəlki illərdən fərqli olaraq bu il müsabiqə fondunun büdcəsi 2 000 000 (iki milyon) AZN təşkil edir. Müsabiqəyə təqdim olunan layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15.02.2022-31.03.2022 tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.

Yüklə 49,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin