Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə2/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   2   3   4   5   6   7   8   9   ...   17
IH-11Edit

2. İnzibati məsuliyyətin əsasını inzibati xəta təşkil edir. Cinayət məsuliyyətində cinayətin, intizam məsuliyyətinin yaranmasında intizam xətasının, maddi məsuliyyətdə isə maddi ziyanın vurulması və ya mülki-hüquqi deliktin (hüquqpozmanın) olması vacibdir.

3. İnzibati məsuliyyətin subyektləri fiziki və hüquqi şəxslər ola bilər. Cinayət və intizam məsuliyyətinin subyekti fiziki şəxslərdir. Orqan və təşkilatların intizam məsuliyyəti haqqında məsələ isə hələ də müzakirəlidir. Lakin onun qaldırılması əsaslıdır, çünki icra hakimiyyəti orqanlarının istefası, ictimai birliklərin qanunsuz fəaliyyətlərinin dayandırılması və s. nəzərdə tutulur. İnzibati məsuliyyətin subyekti kimi fiziki şəxslər qismində vətəndaşlar, vəzifəli şəxslər, yetkinlik yaşına çatmayanlar və s. şəxslər ola bilərlər.

4. İnzibati xətaya görə inzibati tənbehlərin tətbiqi nəzərdə tutulmuşdur. Cinayətlərə görə cinayət cəzaları, intizam xətalarına görə intizam tənbehləri tətbiq edilir, maddi məsuliyyət isə əmlak sanksiyalarının tətbiqi ilə ifadə olunurlar.

5. İnzibati tənbehlər müxtəlif orqan və vəzifəli şəxslər tərəfindən tətbiq edilirlər. Bu orqan və vəzifəli şəxslər Azərbaycan Respublikasının İXM-nin 357-ci maddəsinə əsasən aşaqıdakılardı:

- rayon (şəhər) məhkəmələri;

  • yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;

  • seçki komissiyaları;

  • Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları;

  • Azərbaycan Respublikasının Milli Bankı.

Hüquq məsuliyyətinin digər növlərinin tətbiqi isə qanunvericiliklə aşaqıdakı kimi müəyyən edilib. Məsələn: cinayət cəzaları yalnız məhkəmə tərəfindən, intizam tənbehləri intizam hakimiyyətinə malik olan orqan və vəzifəli şəxslərin səlahiyyətləri çərçivəsində, maddi məsuliyyət tədbirləri məhkəmələr tərəfindən tətbiq edilir.

6. İnzibati tənbehlər orqan və vəzifəli şəxslərə tabe olmayan və inzibati xəta törədən şəxslərə qarşı tətbiq edilir. Bu əlamətə görə inzibati məsuliyyət intizam məsuliyyətindən fərqlənir. Burada işçilərə qarşı tətbiq edilən tədbirlər hakimiyyət – tabeçilik qaydasında yuxarı orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir.

7. İnzibati tənbehin tətbiq edilməsi məhkumluğa və işdən çıxarılmağa səbəb olmur. İnzibati xətalar qanunvericiliyinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.

8. İnzibati tənbehlər Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə müvafiq olaraq tətbiq edilir. Cinayət işlərinə cinayət-prosessual qanunvericiliyi əsasında, maddi məsuliyyət haqqında işlərə mülki mühakimə icraatı qaydasında baxılır.

9. İnzibati tənbehlərin tətbiq edilməsi haqqında çıxarılmış qərardan inzibati və ya məhkəmə qaydasında şikayət, o çümlədən protest verilə bilər.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri inzibati məsuliyyətin müəyyən edilməsi zamanı rəhbər tutulur. Bu prinsiplər Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsində göstərilmişdir.

Bunlar aşağıdakılardır:

  • insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi (Azərbaycan Respublikası İXM-nin 5-ci maddəsi);

  • qanunçuluq prinsipi (Azərbaycan Respublikası İXM-nin 6-cı maddəsi);

  • qanun qarşısında bərabərlik prinsipi (Azərbaycan Respublikası İXM-nin 7-ci maddəsi);

  • təqsirsizlik prezumpsiyası prinsipi (Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsi);

  • ədalətlilik prinsipi (Azərbaycan Respublikası İXM-nin 9-cu maddəsi);

  • inzibati xətaların qarşısının alınması prinsipi (Azərbaycan Respublikası İXM-nin 10-cu maddəsi).


Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin