Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə10/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
IH-11Edit

Azərbaycan Respublikası İXM-nin 14-cü maddəsi İnzibati xətanın ehtiyatsızlıq üzündən törədilməsi.

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısının alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud nəticənin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur.



Bu maddənin məzmunundan göründüyü kimi ehtiyatsızlığın iki növü mövcuddur:

1. Hüquqazidd özünə güvənmə - təqsirin elə növüdür ki, burada inzibati xəta törətmiş şəxs öz əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür, lakin yüngül fikirlik edib, onların qarşısının alınmasına ümid bağlayır.

Məsələn, Azərbaycan Respublikası İXM-nin 155.2.3-cü maddəsi: ... tormoz sistemi, sükan idarə mexanizmi nasaz olan nəqliyyat vasitələrinin idarə olunması... nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir və buna görə də Azərbaycan Respublikasının İXM-nin 155.4-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaranır.



2. Hüquqazidd etinasızlıq - təqsirin elə növüdür ki, burada inzibati xəta törətmiş şəxs öz əməlinin zərərli nəticələr verə biləcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdir.

Məsələn, Azərbaycan Respublikası İXM-nin 130.4-ci maddəsi Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava ğəmilərinin və onların avadanlığının zədələnməsinə ğörə -....

İnzibati məsuliyyətin prinsiplərindən biri də təqsirə görə məsuliyyətdir. Təqsir isə inzibati xətanın subyektiv tərəfinin əsas əlamətidir. Fiziki şəxslərin təqsiri onun qanuna zidd əməlinə və zərərli nəticələrinə daxili psixi münasibətidir. Hüquqi şəxslərin təqsiri isə başqa formada müəyyən edilir, yəni hüquqi şəxslərin təqsiri aşağıdakı iki meyardan ibarətdir:


  • subyektiv təqsir, yəni hüquqi şəxsin kollektiv, müdiriyyət və vəzifəli şəxs qismində hüquqazidd əməlinə münasibətidir;

  • obyektiv təqsir, yəni müəyyən edilmiş qaydanı pozan hüquqi şəxsin konkret əməlinin xarakterindən asılı olaraq digər səlahiyyətin, dövlət orqanının nöqteyi-nəzərindən təşkilatın təqsiridir.

İnzibati məsuliyyətin subyektinin hüquqi şəxslər olmasına baxmayaraq, burada faktiki olaraq inzibati xətanın törədilməsində vəzifəli şəxslər və ya hüquqi şəxsin nümayəndəsi təqsirkardır. Ona görə hüquqi şəxsə inzibati tənbehin verilməsi vəzifəli şəxslərin və ya təşkilatın nümayəndələrini inzibati məsuliyyətdən azad etmir.

İnzibati xətaların tərkiblərinin öyrənilməsi, inzibati xətaları onlara oxşar cinayətlərdən fərqləndirmək üçün lazımdır. Qanunvericilikdə onların fərqləndirilməsi, onların tərkib elementlərinin hüquqi meyarına əsasən keçirilir.

Hüquq elmində hüquqpozmaları sosial mahiyyətinə görə cinayətlərə və xətalara bölürlər, yəni əsas, maddi əlamətinə görə. Cinayətlər xətalardan daha da çox onların keyfiyyət ğöstəricilərinə görə seçilirlər. Belə ki, cinayətlər ictimai-təhlükəli əməldirlər, xətalar isə ictimai təhlükəlilik xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə bir-birindən fərqlənirlər, onların arasında keyfiyyətcə fərq yoxdur.

Cinayətlərin və xətaların fərqləndirilməsi və ümumiyyətlə, hüquqpozmaların xətalara və cinayətlərə bölünməsi böyük əhəmiyyət kəsb edir. Bir sıra alimlər belə hesab edir ki, ictimai təhlükəlilik dərəcəsinə görə xətalar cinayətlərə nisbətən az ictimai təhlükəlidirlər. Digərləri isə hesab edir ki, onlar arasında əsas fərq ondadır ki, cinayətər ictimai-təhlükəli əməldirlər, xətalar isə yox. Bunlara baxmayaraq, əsas nəzəri baza birdir. Hüquqpozmaları onların cəmiyyətdəki sosial əhəmiyyətinə görə qiymətləndirmək lazımdır.

Azərbaycan Respublikasının qanunvericiliyi inzibati xətanı cinayətdən fərqləndirmək üçün onun ümumi cəhətini, yəni əməlin az əhəmiyyətli olmasını göstərir. Əməlin az əhəmiyyətli olması məsələsi onun bütün subyektiv və obyektiv əlamətlərini nəzərə almaqla həll edilir (vurulan ziyan, inzibat xətanın törədilməsi yeri, üsulu, vasitəsi, əməlin xarakteri, şəxsin təqsiri, motivi, məqsədi, subyektin xüsusi keyfiyyətləri və s.).

Cinayət cinayət qanununda nəzərdə tutulan ictimai təhlükəli əməlidir. İnzibati xəta isə inzibati hüquq norması ilə mühafizə olunan obyektə qəsd edən hüquqazidd əməldir. Elə hüquqpozmalar var ki, onlar həmişə inzibati xəta kimi qiymətləndirilirlər. Məsələn, avtobusda biletsiz getmə, səhlənkar saxlama nəticəsində pasportun itirilməsi. Belə hallarda hüquq tətbiq edənin qarşısında bunların cinayət və ya xəta olması məsələsi qalxmır. Bununla yanaşı elə hüquqpozmalar da var ki, şəraitdən asılı olaraq, onlar ya xəta, ya da cinayət kimi qiymətləndirilə bilər. Məsələnin həlli üçün hüquqpozmanın törədilməsi yeri onun hüquqazidd nəticəsi və s. kimi amillərdən istifadə edilir.

Bir çox hallarda cinayət və xətaların mürəkkəb tərkibini ayırmaq və sanksiyanın düzgün tətbiq edilməsini təmin etmək üçün qanunverici onların tərkiblərində konkret əlamətləri möhkəmləndirir. Məsələn, Azərbaycan Respublikasının İXS-nin 346-cı maddəsi Mülki silahın və döyüş sursatının saxalanılması, daşınması və ya satılması qaydalarının pozulması və Azərbaycan Respublikasının CM-nin 230-cu maddəsi: Odlu silahı diqqətsiz saxlama. Göründüyü kimi hər iki halda silahın saxlanması qaydalarından söhbət aparılır. Əgər silahın saxlama qaydaları pozulubsa və heç bir nəticə yoxdursa, onda məsuliyyət Azərbaycan Respublikası İXM-nin 346-cı maddəsinə uyğun olaraq yaranır. Əgər odlu silahın diqqətsiz saxlanılması … nəticəsində... həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda... məsuliyyət Azərbaycan Respublikasının CM-nin 230-cu maddəsinə uyğun olaraq yaranır.

Cinayət qaydasında cəzalandırılan qanunsuz ov etmə (Azərbaycan Respublikasının CM-nin 258-ci maddəsi) və inzibati qaydada tənbeh edilən ov qaydalarının pozulması (Azərbaycan Respublika-sının İXM-nin 111.2-ci mad.) vurulmuş ziyanın miqdarına görə fərqləndirilir, baxmayaraq ki, hər iki halda maddələrin dispozisiyalarında eyni əməllər qadağan edilir.

İnzibati xətalar və cinayətlər həm də əməlin törədilmə üsuluna, təqsirin formalarına, hüquqpozmanın motivinə və digər əlamətlərinə görə fərqlənirlər. Eyni əməl eyni zamanda həm cinayət, həm də inzibati xəta ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində qeyd edilib ki:

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Demək olar ki, eyni tərkibli maddə də Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində öz əksini tapıb. Beləliklə, belə bir qərara gəlmək olar ki, cinayətin və inzibati xətanın məcmusu mümkün deyil.

Qanunverici cinayət məsuliyyətinin üstünlüyünü təyin edib: əgər əməldə həm cinayətin, həm də xətanın əlamətləri olarsa, onda əməl cinayət kimi qiymətləndirilir və təqsirkar şəxs daha ciddi məsuliyyətə cəlb olunur. Bu əmələ görə ona qarşı inzibati tənbeh tətbiq edilmir, çünki şəxs eyni zamanda həm inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb edilə bilməz, belə hallarda şəxsə qarşı həmin fakt üzrə cinayət işinin başlanmasına icazə verilir (Azərbaycan Respublikasının CPM-nin 207.5.1-ci maddəsi).

Əgər məhkəmənin hökmü ilə hüquqpozma cinayət sayılsa, o eyni zamanda inzibati xəta ola bilməz. Deməli, əvvəlcədən bu əmələ görə tətbiq edilmiş inzibati tənbeh məhkəmə tərəfindən cəza tədbiri seçilərkən nəzərə alınmalıdır.

İnzibati və intizam xətaları bir qayda olaraq cinayət hüquqpozmaları deyildirlər. Çünki onların hər ikisi bir qayda olaraq yüksək ictimai-təhlükəlilik dərəcəsinə malik deyildirlər. İntizam və inzibati xətalar üzrə araşdırmalar (təhqiqat) və onlara görə sanksiyaların tətbiqi icraedici-sərəncamverici fəaliyyət prosesində həyata keçirilir. İntizam və inzibati xətaların digər oxşar cəhətləri də mövcuddur (hüquqazidd, təqsirlilik və s.). Bunlara baxmayaraq inzibati və intizam xətaları bir-birindən aşağıdakı əlamətlərə görə fərqlənirlər:


Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin