Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə17/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   9   10   11   12   13   14   15   16   17
IH-11Edit

İnzibati tənbehin tətbiq edilməsinə görə inzibati məsuliyyətin məhdudlaşdırılması halları:

  • əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edəilə bilməz (Azərbaycan Respublikasının İXM-nin 27.3-cü maddəsi);

  • nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz (Azərbaycan Respublikasının İXM-nin 28.2-ci maddəsi);

  • əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin hüququ məhdudlaşdırıla bilməz (Azərbaycan Respublikasının İXM-nin 28.4-cü maddəsi);

  • hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz (Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsi);

  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi; Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi; AR DH və İOBMİ və ARƏKX əməkdaşlarına inzibati həbs tətbiq edilə bilməz (Azərbaycan Respublikası İXM-nin 15.3-cü maddəsi);

  • müddətli həqiqi hərbi xidmət qulluqçularına inzibati həbs və inzibati cərimə tətbiq edlə bilməz (Azərbaycan Respublikasının İXM-nin 15.3-cü maddəsi).

İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına görə inzibati məsuliyyətin məhdudlaşdırılması halları:

- yetkinlik yşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur (Azərbaycan Respublikasının İXM-nin 451.2-ci maddəsi);



- nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun uzun müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırlıması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarə etmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər (Azərbaycan Respublikasının İXM-nin 455.5-ci maddəsi).
Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin