Mövzu: 11 Nitqin keyfiyyətinə təsir edən amillər Nitqin intonasiyası



Yüklə 47,96 Kb.
səhifə7/8
tarix02.02.2022
ölçüsü47,96 Kb.
#114055
1   2   3   4   5   6   7   8
Ara sözlərin deyilişi. Ara sözlər xitablar kimi cümlə üzvlərindən müəyyən fasilə ilə ayrılır. Bu fasilənin müddəti, əsasən, xitablarda edilən fasiləyə bərabər olur. Xitablarla ara sözlərin intonasiyasında müəyyən fərqli cəhətlər də vardır. Xitablar danışanın arzusundan asılı olaraq bir qədər yüksək intonasiya ilə tələffüz olunur. Ucadan söylənilən xitabın intonasiya əyrisi çox yüksək olur. Xitablara məxsus olan bu xüsusiyyət ara sözlərə eyni ilə aid edilə bilməz. Doğrudur, ara sözlər də danışanın arzusundan asılı olaraq alçaq və yüksək intonasiya ilə söylənilə bilər. Lakin ucadan söylənilən ara sözlərin intonasiya əyrisi eyni səs yüksəkliyində deyilən xitabların intonasiya əyrisindən xeyli aşağı olur. Bunu aşağıdakı cümlələrin müqayisəsi daha aydın göstərir.

1. Əlbəttə, o bunları yaxşı başa düşürdü.

2. Vətənin düşmənləri, niyyətinizdən əl çəkin! Bu cümlələrdə xitab ara sözünə nisbətən bir qədər yüksək səs tonu ilə tələffüz olunur.

Ara sözlərin hər növünün özünəməxsus az-çox fərqlənən tələffüz çaları vardır. Məsələn; yəqinlik bildirən ara sözlərlə müqayisədə təəssüf bildirən ara sözlər bir qədər elastik söylənilməklə nidaların intonasiyasına yaxınlaşır. Yəqinlik ifadə edən ara sözlər isə daha çox xitablara uyğun tələffüz olunur.

Ara cümlələr intonasiya və fasiləyə görə cümləni üç hissəyə bölür: ara cümləyə qədər olan hissə, ara cümlə və ara cümlədən sonrakı hissə. Cümlənin hissələri arasına girmiş ara cümlədən əvvəl və sonra müəyyən fasilə edilir. Ara cümlə əsas cümlənin intonasiyasından fərqli söylənilir. Bu cümlənin intonasiyası danışanın fərdi münasibətindən asılı olaraq yüksək və alçaq ola bilər. Lakin hər iki halda ara cümlə tələffüzünə görə əsas cümlənin intonasiyasından fərqlənir. Burada səs tona qismən alçalır. Ara söz, eləcə də ara cümlələr nisbətən sürətlə tələffüz olunur. Şifahi nitqdə ara cümlələr əsas cümlədən yalnız bu yolla ayrılır. Uzun ayrılıqdan sonra Rəşadı qucaqlayan Həqiqət (Rəşad onun kiçik oğludur) sevincindən ağladı. Əlavələrin tələffüzü. Əlavələr cümlə üzvlərindən yüksək intonasiya və xüsusi səs tembri ilə fərqlənir. Məsələn;

1. O, Fərhadla Əhmədi götürüb kəşfiyyata – evin, həyətin necə qorunmasını yoxlamağa getdi (M.İ.).

2. Abşerondan – ölkəmizin ən zəngin neft mərkəzindən, dünyanın hər tərəfinə neft məhsulları göndərilir. Bu cümlələrdə evin, həyətin necə qorunmasını yoxlamağa, ölkəmizin ən zəngin neft mərkəzindən söz birləşmələri fərqli intonasiya ilə tələffüz olunur. Əlavələr danışanın məqsədindən asılı olaraq yüksək, həm də adi intonasiya, alçaq səs tonu ilə deyilir. Əlavələr hər iki halda, yəni həm yüksək, həm də alçaq intonasiya ilə söyləndikdə cümlədəki başqa üzvlərdən intonasiyaca ayrılır, yüksək avazlanmada ifadə edilən fikri qüvvətləndirdiyi kimi, alçaq intonasiya da eyni rolu ifadə edir. Mürəkkəb cümlələrin tələffüzü. Tabesiz mürəkkəb cümlələrin deyiliĢi. Tabesiz mürəkkəb cümlələrin bir qismində onu əmələ gətirən sadə cümlələr yalnız intonasiya ilə bir-birinə bağlanır. Başqa sözlə, tabesiz mürəkkəb cümlənin müəyyən tipində (bağlayıcısız tabesiz mürəkkəb cümlələrdə) məna əlaqələrini (zaman, ardıcıllıq, ziddiyyət, səbəb, nəticə və s.) yaradan yeganə vasitə intonasiyadır. Bağlayıcısız tabesiz mürəkkəb cümlənin deyilişində intonasiyanın bir çox növlərindən: sadalayıcı, xəbərdarlıqlı, aydınlaşdırma, ziddiyyət-qarşılaşdırma, səbəb-nəticədən istifadə olunur. Sadalayıcı intonasiyanın tərkib hissələri zaman və ardıcıllıq əlaqələri əsasında bağlanan tabesiz mürəkkəb cümlələrin deyilişində özünü göstərir. Bu, bir növ həmcins üzvlər arasındakı intonasiyanı xatırladır. Həmcins üzvlərdə əşyalar, keyfiyyət, hərəkət və s. söz və söz birləşmələri vasitəsilə sadalanırsa, mürəkkəb cümlələrdə hadisələr bütöv cümlələrlə sadalanır. Tabesiz mürəkkəb cümlələrdə sadə cümlələrin ifadə etdiyi hadisələrin bir-birinə yaxınlığı, bağlılığı dərəcəsindən asılı olaraq onların deyilişi də müəyyən edilir. Əgər mürəkkəb cümlədəki təsvir olunan hadisələr bir-biri ilə bağlı şəkildədirsə, onu əmələ gətirən sadə cümlələr arasında qısa fasilə edilir. Axırıncı cümlədən başqa, hər bir sadə cümlənin sonunda səs tonu yüksəlir, axırıncı cümlədə isə bir qədər aşağı düşür. Belə tabesiz mürəkkəb cümlələrdə sadə cümlələr bir-birindən vergül işarəsi ilə ayrılır. Məs.; Xoruzlar banlayır, şəfəqlər qızarır, səhər açılırdı (M.İ.). Bu sadə cümlələri həm müstəqil cümlə, həm də mürəkkəb cümlənin tərkib hissəsi kimi oxumaq olar.

Sadə cümlələri ayrılıqda işlətdikdə hər cümlənin sonuna doğru səs tonu alçalır və davamlı fasilə edilir. Bunlar mürəkkəb cümlənin tərkib hissəsi kimi işləndikdə cümlələrin sonuna doğru səs tonu yüksəlir, axırıncıdan başqa, digər cümlələr arasında fasilə nisbətən azalır, sadə cümlələrin birində məntiqi vurğu altında deyilən söz bütün ifadənin məntiqi mərkəzi olur. Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə təsvir olunan hadisələr bir-biri ilə o qədər də bağlı olmazsa, belə tabesiz mürəkkəb cümlələrdə tərkiblərdən birincisinin sonunda səs tonu bir qədər enir (nöqtədə olduğu qədər) və nisbətən geniş fasilə edilir. Yazıda belə fasilə nöqtəli vergüllə göstərilir. Hər tərəfdə sakitlik hökm sürürdü, kənd dərin sükut içində yatırdı; sükutu yalnız kənddən bir qədər kənarda işləyən traktorun səsi pozurdu. Aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlələrdə birinci cümlənin sonunda səs tonu alçalır, bir qədər geniş fasilə edilir. Danışan və oxuyan ikinci cümlənin əvvəlində tələffüz edilməyən bağlayıcını fikrən düşünür, fasilə ilə onun yerini doldurur. Kamal mədəndəki müşavirəyə açıq alınla gedirdi; planı dolduran iki briqadadan biri onunku idi (M.İ.). Bu cümlədə qoşa nöqtədə edilən fasilə belə ki, ona görə ki sözlərinin yerində işlənmişdir. Cümlələr arasında fikir ziddiyyəti, qarşılaşdırma, müqayisə olduqda, ikinci cümlə birinci cümlənin nəticəsi kimi meydana çıxır. Birinci cümlə səs tonunun yüksəldilməsi və axırıncı sözdən sonra birdən-birə fasilə edilməsi ilə tələffüz olunur. İkinci hissədə səs tonu xeyli aşağı enir. Məsələn; Firuzə çox söz dedi, onlardan heç biri Həsənin yadında qalmadı (M.İ.).

Tabeli mürəkkəb cümlənin də özünəməxsus intonasiyası, deyim tərzi vardır. Bu, budaq cümlənin yerindən asılı olaraq müxtəlif şəkildə özünü göstərir.

1. Budaq cümlə baş cümlədən sonra gəlirsə, baş cümlənin sonunda səs tonu bir qədər yüksəlir, ondan sonra müəyyən fasilə edilir, budaq cümlə isə alçalan tonla, nəqli cümlə tonu ilə ifadə olunur. Pristavın xanımı qonaqlara təklif etdi ki, buyursunlar, çayın kənarında əyləşib çəməndə çay içsinlər (C.M.). Bu nümunədə budaq cümlə baş cümləni həm məna, həm də intonasiyaca tamamlayır. Cümlənin bütövlükdə intonasiyası budaq cümlənin sonunda tamamlanmış olur.

2. Budaq cümlə baş cümlədən əvvəl gəlirsə, budaq cümlə yüksələn, baş cümlə isə bir qədər alçalan səs tonu ilə deyilir. Bu tipli cümlələrdə budaq cümlə ilə baş cümlə arasında davamlı fasilə edilir. Kim ki, camaata xor baxır, elə bil öz əliylə öz gözlərini bağlayır (M.İ.).

3. Budaq cümlə baş cümlənin içərisində gələrsə, baş cümlənin birinci hissəsi bir qədər yüksək, budaq cümlə isə nəzərə çarpacaq yüksək tonla tələffüz olunur. Baş cümlənin qalan hissəsi alçalan səs tonu ilə deyilir. Bu tipli cümlələrin tələffüzündə budaq cümlə baş cümlədən həm əvvəl, həm də sonra davamlı fasilə ilə ayrılır. O şəhər ki, bu əhvalat orda vaqe olub., Araz çayına yavuq şəhərlərdən biridir (C.M.).




Yüklə 47,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin