Mövzu №12. Hesablaşma əməliyyatlarının auditi


Büdcə ilə hesablaşmaların uçotu 521№ - li “Büdcə ilə hesablaşmalar” (521 saylı “Vergi öhdəlikləri”) hesabında aparılır



Yüklə 18,4 Kb.
səhifə4/4
tarix23.05.2023
ölçüsü18,4 Kb.
#127473
1   2   3   4
Audit-Hesablaşma mövzu (2)

Büdcə ilə hesablaşmaların uçotu 521№ - li “Büdcə ilə hesablaşmalar” (521 saylı “Vergi öhdəlikləri”) hesabında aparılır. Büdcəyə çatası vergilərin düzgün hesablanmasının və ödənilməsinin yoxlanılması auditordan yüksək peşəkarlıq tələb edir. Təcrübə göstərir ki, heç də bütün təsərrüfat subyektləri vergilərin hesablanması və ödənilməsi proseslərini düzgün həyata keçirmirlər. Məhz bu səbəbdən dövlət vergi orqanları tərəfindən onlara qarşı maliyyə sanksiyaları tətbiq edilir.
Bu səbəbdən büdcə ilə hesablaşmaların auditi prosesində auditor riski daha yüksəkdir. Auditorun mühüm vəzifələrindən biri audit prosesində vergilərin və digər məcburi ödənişlərin düzgün hesablanmasını və büdcəyə köcürülməsini dəqiqliklə yoxlamaqdır.
Müəssisələrin büdcədənkənar fondlara ödənişləri üzrə dövlət orqanları ilə hesablaşmaları haqqında məlumatların ümumiləşdirilməsi üçün 523 №-li “Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar” (523 saylı “Digər məcburi ödənişlər üzrə öhdəliklər”) hesabı nəzərdə tutulmuşdur.
Ümumiyyətlə hər bir ödəniş növü üzrə auditor aşağıdakıları yoxlamalıdır:

a) ödənişlərin hesablanması üçün bazanın düzgün müəyyən edilməsi;
b) ödənişlərin hesablanması üçün müəyyən edilmiş normaların düzgün tətbiq edilməsi;
c) qanunvericilikdə nəzərdə tutlmuş qaydalarda güzəştlərin tətbiqinin düzgünlüyü;
ç) ödənişlərin vaxtında və tam şəkildə köçürülməsi;
Müəssisənin işçi heyyəti dövlət sosial sığortası, pensiya təminat və s. üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün 522 № - li “Sosial sığorta və təminat üzrə hesablaşmalar” (522 saylı “Sosial sığorta və təminat üzrə öhdəliklər”) hesabından istifadə edilir
Müəssisələrdə işçilərə inzibati-təsərrüfat və əməliyyat, habelə ezamiyyət xərcləri ücün təhtəlhesaba verilmiş məbləğlər üzrə hesablaşmalar üçün 244 №-li “Təhtəlhesab şəxslərlə hesablaşmalar” (244 saylı “Təltəlhesab məbləğlər”) hesabından istifadə edilir. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi başdan-başa yoxlama metodu ilə aparılır.Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi zamanı avans hesabatları və kassadan pulun alınması üçün ərizələr ilkin sənədlər kimi qəbul edilir. Təhtəlhesab şəxslərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı sənədlərin olmasına fikir vermək lazımdır: avans hesabatı; avans hesabatılarının qeydiyyatı jurnalı; əməkdaşın ezamiyyətə göndərilməsinə dair əmr; kassadan nağd pulun alınmasına icazə verilmiş şəxslərin siyahısı; nümayəndəlik xərclərinin rəhbərlik tərəfindən təsdiq edilmiş smetası. ( Smeta – nəzərdə tutulan çıxar və gəlirin hesablanması və yaxud bir şeyin təxmini hesablanması.)
Yüklə 18,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin