Mövzu 13. Maliyyə bazarında qiymətin əmələ gəlməsi


Kreditə görə real = Kreditə görə nominal — Inflyasiyanın



Yüklə 23,91 Kb.
səhifə3/3
tarix31.12.2021
ölçüsü23,91 Kb.
#113392
1   2   3
UNEC 1638797246

Kreditə görə real = Kreditə görə nominal — Inflyasiyanın

faiz dərəcəsi faiz dərəcəsi sürəti

2. Kreditə olan tələb

3. Dövlət sektorunun borc vəsaitlərinə olan tələbatının dəyişməsi,

4. Valyutanın mübadilə məzənnəsi

5. Investisiya risqindən asılı olan real qazanc.

Həmin amillərin hər birinə xüsusi diqqət yetirilməsi zəruri hesab olunur.

Xarici bank təcrübəsində kredit dərəcələrinin müəyyən edilməsinin “dəyər+”, “qiymət liderliyi”, “əlavələr”, “kep”, “dəyər—sərfəlilik” və s. modelləri tətbiq edilir. Hər bir modelin xarakterik tətbiqi qaydaları, üstünlükləri və çatışmamazlıqları öyrənilməlidir.

XX əsrin 30-cu illərindəki böyük durğunluq illərindən Amerikada “praym-reyt” adı altında sadələşdirilmiş kredit dərəcəsi tətbiq olunur. O, daha kredit qabiliyyətli müştərilərə qısamüddətli kreditlərin verildiyi sadə və ən aşağı dərəcədir. Onun üzən dərəcələrinin tətbiqi qaydaları şərh edilməlidir.

Ötən əsrin 70-ci illərindən bankların tətbiq etdikləri LIBOR (London Banklararası təklif dərəcəsi) dərəcəsinin də şərhinə xüsusi yer verilməlidir.

Onların ümumi yekunu olaraq kreditlərə görə faizlərin, yəni kredit resurslarının qiymətinin hesablanması qaydası verilməlidir:



(13.2)

Burada, I — hesablanmış faizlərin miqdarı; i — kreditə görə faiz dərəcəsi; d — dövrə alan günlərin sayı; K — ildə olan günlərin sayı; a — hesabda olan vəsaitlərin orta qalığıdır.

Ardıcıl olaraq kredit resurslarının bazar qiyməti və real qiymətləri arasında əlaqələr şərh edilməli, kreditə görə qaytarılacaq ümumi məbləğinin hesablanması qaydaları öyrənilməlidir.

Yerləşdirilmiş və cəlb edilmiş resurslar sahəsində faiz siyasəti iki əsas tələbə cavab verməlidir: depozitlər üzrə faiz dərəcələrinin səviyyəsi potensial investorlar üzün cəlbedici olmalıdır, həmçinin bankın aktiv və passiv əməliyyatları arasında nəzərdə tutulmuş faiz marjasını kəskin azaltmalıdır.

Bankların faiz dərəcələrinin səviyyəsinin dəyişməsinə həssaslığından asılı olaraq onların aktivlərinin və passivlərinin qruplaşdırılması baş verir. Bunun üçün dövrü müəyyən edirlər, sonra faiz dərəcələrinin dəyişməsinə həssas olan aktivləri (RSA) və passivləri (RSL) ayırırlar. Onların fərqi GAP = RSA - RSL bank portfelində faiz dərəcələrinin səviyyəsinin dəyişməsinə həssas olan aktivlər və passivlər arasındakı fərqi göstərir. Bankların likvidliyinə faiz riski də təsir güstərir. Bankın likvidliyinin idarə edilməsi bazar kontragentləri tərəfindən qiymət rəqabəti ilə məhdudlaşır. Faiz riskinin aşağı salınması üçün müvafiq aktivlər və passivlər arasında fərqin ixtisar olunması zəruridir.

Hal-hazırda kreditin qiymət dinamikası əksər dərəcədə struktur xarakterli uzunmüddətli amillərlə müəyyən edilir. Lakin faiz dərəcələrinin dəyişmə meylləri yalnız istehsalın dəyişən tələbatı ilə müəyyən edilmir. Ssuda kapitalı bazarı maliyyə resurslarının iqtisadiyyatının əsas sahələri və sektorları arasında yenidən bölüşdürülməsini növbələşdirir.

Faiz dərəcələrinin daimi hərəkəti pul dövriyyəsinin dövlət tənzimlənməsi imkanlarını məhdudlaşdırır. Kreditin qiyməti ona olan tələb və təklif əsasında formalaşır.

Ssuda faizinin səviyyəsi ilə istehsalın əldə olunmuş səviyyəsi arasında müəyyən qarşılıqlı əlaqə var. Ssuda faizinin səviyyəsi nə qədər aşağı olarsa investisiyaların səviyyəsi bir o qədər yuxarı olmalıdır və deməli – əmtəə bazarında tarazlığın saxlanılması üçün əmanətlərin səviyyəsi də yuxarı olacaq. Əmanət səviyyəsinin daha yüksək olması üçün isə əhəmiyyətli gəlirlərin olması zəruridir. Beləliklə, ssuda faizinin azalması – gəlir səviyyəsinin artmasını tələb edir. Dövlət xərclərinin artması faiz normasının yüksəlməsinə, vergi qoyuluşu səviyyəsinin artımı isə onun azalmasına səbəb olur.

Kreditin bazar qiyməti – inflyasiya meylilərinin sabitliyi üzündən ssuda faizinin real səviyyəsindən fərqlənir. Nominal və real faizlər arasındakı fərq inflyasiyanın real səviyyəsi ilə deyil, gözlənilən səviyyəsi ilə müəyyən edilir. Bu faizin səviyyəsini müəyyənləşdirən maliyyə bazarlarının təbiəti ilə bağlıdır.

Bütün bunlarla yanaşı istehsalın artımı da kreditə olan tələbi də artırır.

Məlumdur ki, realizə olunmuş əmtəələrə görə ticarət müəssisələrinin kassalarına daxil olan pul sonra kreditin ödənilməsi üçün banka gətirilir. Ona görə də qiymətlərin artdığı şəraitdə əhali tərəfindən tələb olunan əmtəələrin ticarət müəssisələri tərəfindən satın alınması eyni vaxtda həm pulun hərəkətinin sürətlənməsinə, həm də kreditin ödənilməsinə kömək edir.

Banklar dayanmadan əmək haqqı və digər ödəmələr etmək üçün nağd pul verirlər. Bu ticarət və mədəniyyət təyinatlı müəssisə və təşkilatların hesablarına bankların kassalarına gələn pul axınından asılıdır. Normal iqtisadi şəraitdə əhalinin pul ehtiyatları hissəsinə ticarət sferasında banklarla kreditləşdirilən əmtəə ehtiyatları uyğun gəlmişdir. Buradan isə dövriyyədə olan pul hissəsinin əmtəə kütləsinin və onun yaranması üçün bank kreditinin ayrılmaz əlaqəsi özünü büruzə verir.

Azərbaycanda ssuda kapitalı bazarının inkişafının əsas xüsusiyyəti bu kapitalın tələb və təklifinin formalaşmasının bazar amillərinin artması və deməli, kreditə görə faizin hərəkətidir. Dövlət maliyyə orqanları kredit resurslarının son yerləşdirilməsinə nəzarət etmir, ancaq onlara olan tələb və təklifi formalaşdırır (yəni bazar konyunkturana və qiymət artımına təsir etməyə çalışır). Mərkəzi Bankın uçot stavkalarının dəyişməsi, dövlət qiymətli kağızlarının satılması, büdcə kəsirinin azaldılması, kredit restriksiyası və digər tədbirlərdən istifadə edirlər.

Milli Bankın uçot dərəcəsi onun digər banklardan kommersiya vergilərinin hansı şərtlərlə aldığını ifadə edir. Azərbaycanda kommersiya kreditinin və veksel müraciətinin inkişaf etməsinə görə Milli Bank tərəfindən kommersiya banklarına birbaşa verilən kreditə görə dərəcə uçot dərəcəsi kimi istifadə edilir. Uçot dərəcəsi pul bazarının digər əməliyyatlarında bazar dərəcələrinin formalaşması üçün əsasdır. Dövlət kapitalının iştirakı kreditləşdirmənin dəyərinin aşağı salınmasına və onun müddətinin uzadılmasına imkan yaradır.

Beləliklə, Milli Bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə dövlət qiymət artımını ləngidir, halbuki, bu amilin təsirini uzunmüddətli və nisbi saymaq olar.

Dövlətin borc öhdəliklərindən istiqraz vərəqələrini göstərmək olar. Hal-hazırda Azərbaycanın fond bazarında dövlətin qısamüddətli istiqraz vərəqələri (İV) dövriyyə olunur.

İV bazarı büdcə kəsirinin aradan qaldırılması üçün makroiqtisadi əhəmiyyət kəsb etməsini nəzərə alaraq Milli Bank pul və kredit kütləsinin idarə edilməsinə yönəldilən tənzimləmə rolunu realizə etmək üçün qısamüddətli istiqraz vərəqələri şəklində daha bir alətə malik olmuşdur.

Ədəbiyyat.



  1. Qiymətin əmələ gəlməsi (dərslik), Bakı, 2019.

  2. İ.Q.Quliyev, Qiymətin əmələ gəlməsi. metodik vəsait. Bakı, 2015.

  3. V.V.Çudakоv «Qiymətlər və qiymətin əmələgəlməsi», Bakı – 2011.

  4. F.F.Ələkbərova və başqaları. «Qiymətin əmələ gəlməsi»,dərslik, Bakı 2015.

  5. И.В.Липсиц. Ценообразование. Москва 2011

Yüklə 23,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin