Logistik əməliyyatların və funksiyaların yerinə yetirilməsi müddətinin qısaldılması. Material axınlarını qabaqlayan, onu ötüb keçən informasiya axınları hesabına ayrı - ayrı logistik əməliyyatları, o cümlədən nəqliyyat, anbar, yükləmə - boşaltma və istehsal proseslərinin gedişini və bu proseslərə çəkilən vaxt məsrəfini əvvəlcədən optimallaşdırmaq mümkün olur.
Riskin azaldılması nətijəsində material resursları üzrə ehtiyatların həjminin azaldılması və onların optimal həddə yaxınlaşdırılması. Etibarlı və vaxtı vaxtında alınan, emal olunan informasiyalar ehtiyatların yaradılması ilə bağlı riskləri azaldır. Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə ehtiyatları tədricən əmtəəlik məhsul anbarlarında yerləşdirilən və ya yolda olan ehtiyatlar haqqında informasiyalarla əvəz etmək mümkündür.
Dostları ilə paylaş: |