Logistikproseslərinkeyfiyyətininyüksəldilməsi. Aydındır ki, material resurslarının ilkin mənbədən son təyinat məntəqəsinə qədər hərəkəti zamanı yerinə yetirilən hər bir logistik əməliyyat özündən əvvəl və sonra icra edilən əməliyyatlarla sıx bağlıdır. Bununla əlaqədar olaraq logistik dövrə üçün əməliyyatların icra edilməsi prosesində şəffaf informasiyanın mövcudluğu bütün logistik kanallarda keyfiyyətin yüksəldilməsini təmin edən mühüm amildir. Başqa sözlə, logistik sistemin iştirakçıları arasında razılaşdırılmış müddətlərə riayət olunmasını yaxşı təşkil və təmin etmək mümkün olur. Səhvlərinazaldılması. Logistik sistemin iştirakçıları, eləcə də onun hüdularından kənarda işgüzar əməkdaşların informasiya sistemləri arasında məlumatların elektron mübadiləsi üçün maddi baza yaradılmışdırsa, onda məlumatlar bazasının yeniləşməsi və aktuallaşmasına çəkilən məsrəfləri azaltmaq mümkündür.
YOXLAMA SUALLAR: İnformasiya logistikasının mahiyyəti nədir?
İnformasiya axınlarını necə təsnifləşdirmək olar?
İlkin və təkrar informasiyaların mahiyyətini açıqlayın?
İnformasiya logistikasında hansı yeni texnologiyalardan istifadə edirlər?