Planşöbəsi: tədarükat şöbəsini firmanın gələcəkdə hazır məhsullara, xammal və materiallara, habelə konkret xidmət növlərinə tələbatının ödənilməsi üçün zəruri olan informasiyalarla təmin edir.
Satış (vəyasatışhəjmininproqnozlaşdırılması) şöbəsi: istehlakçı sifariş-lərinə uyğun olaraq tədarükat şöbəsinə qrafik təqdim edir. Daha doğrusu, satış bazarı haqqında tam və dolğun informasiyalara malik olan satış şöbəsi satış bazarlarına çıxarılacaq məhsul partiyasının həcmi və müddəti haqqında tədarükat şöbəsini sifariş və tələbnamələrlə təmin edir.
Maliyyənəzarətivəbüdjəşöbəsi: tədarükat şöbəsinə büdcə şöbəsi tərəfin-dən verilən informasiyalar plan və satış şöbəsindən daxil olan informasiyaları maliyyə nəzarətinə aid edilən funksiyalar çərçivəsində istənilən məhdudiy-yətlərə uyğun olaraq əlaqələndirməyə imkan verir.